Çinin Sian Şiyu Universitetinin rektoru BANM-də

Çinin Sian Şiyu Universitetinin rektoru BANM-də Çin Xalq Respublikasının Sian Şiyu Universitetinin rektoru Chang Jıangın rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Qonaqlara kampusda yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib. Bir sıra laboratoriyalar, xüsusilə də Çinin “Huawei” şirkətinin Kompüter şəbəkələri laboratoriyası ilə tanışlıq olub.

Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor Elmar Qasımov qeyd edib ki, BANM-də təhsil ingilis dilindədir və buraya qəbul imtahanında ən yüksək bal toplayan abituriyentlər daxil olurlar. Məzunlar isə SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində çalışırlar.

Görüş zamanı həmçinin Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin bütün sahələrdə müşahidə olunan inkişafı vurğulanıb.

Çinli qonaqlar BANM-də yaradılan şəraiti yüksək qiymətləndirərək əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb. Sonda Bakı Ali Neft Məktəbi ilə Sian Şiyu Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sonda Elmar Qasımov Sian Şiyu Universitetinin rektoru Chang Jıanga “Fəxri qonaq” plaketi təqdim edib.

Tehsil-press.az

Oxşar xəbərlər