“Azərbaycan müəllimi”nin budəfəki müsahibləri Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində çalışan qabaqcıl müəllimlərdir.
“Gələcəyi kodlaşdıran” müəllim
İndiyə qədər çoxsaylı layihələrdə iştirak etmiş, “İlin ən yaradıcı müəllimi” adına layiq görülmüş Gülər Bayramova söhbətimizə ilk müəllimini yad etməklə başlayır: “İlk müəllimim İltifat Bağırov olub. İndi də hər zaman fikirlərinə ehtiyac duyuram. Hər zaman dəstəkçim olub. Dərs zamanı onun yaradıcı fikirlərdən istifadə etməsi mənə xoş gəlirdi. Deyərdim ki, mənə peşəmi sevdirən İltifat müəllim olub”.
Gülər Bayramova 23 ildir ki, Cəlilabad şəhəri akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbdə həm ibtidai sinif müəllimi, həm rəqəmsal bacarıqlar, həm də STEAM müəllimi kimi fəaliyyət göstərir: “Bu illərdə şagirdlərimlə birlikdə bir çox nailiyyətlərim olub. Onlardan bəzilərini diqqətə çatdırmaq istəyirəm. 2020-ci ildə Avropa İttifaqının Region İctimai Birliyi ilə birlikdə təşkil etdiyi qrant layihənin qalibi olmuşam, daha sonra Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində “Gələcəyi kodlaşdıranlar” adlı layihəmlə qalib olmuşam. Özümü inkişaf etdirməyi çox sevirəm, araşdırmağı, yeniliyi, öyrənməyi çox sevirəm. 2021-ci ildə “İlin gənc müəllimi” müsabiqəsində finalçılardan biri olmuşam. 4 ildir ki, “Scientix” səfiri kimi Azərbaycanı təmsil edirəm. Dəfələrlə bu qurumun konfranslarında mükafat alan səfirlərdən biri olmuşam. 2 ildir ki, artıq Avropa İttifaqında layihə eksperti kimi fəaliyyət göstərirəm. “IT əlavə təhsil mərkəzi”nin təlimçisi kimi də fəaliyyət göstərirəm. 4 ildir ki, “İcma əsaslı təhsil layihəsi”ndə həm tərbiyəçi müəllim, həm də mentor kimi fəaliyyət göstərirəm. Onların uğurlu müəllimi kimi dəfələrlə layihənin reklam üzü olmuşam”.
23 milli keyfiyyət nişanı, 19 Avropa keyfiyyət nişanı
Gülər xanım uğurlarını sadalamağa davam edir: ““eTwinning” layihəsində 6 ildir ki, fəaliyyət göstərirəm. “eTwinning”in bir layihəsinin regionumuz üzrə mentorluğun da aparmışam. Həmin mentorluq çərçivəsində öz şagirdlərimlə qatıldığım layihələrdə finala qədər yüksəlmişik. Şagirdlərimlə birlikdə “eTwinning”də 32 layihədə iştirak etmişik, bunlardan 16-da qurucu ortaq olaraq özüm fəaliyyət göstərmişəm və həmin layihələrimizdən indiyə qədər 23 milli keyfiyyət nişanı, 19 avropa keyfiyyət nişanı almışıq. Eyni zamanda, “Microsoft”un treyneriyəm, beynəlxalq dərəcəli təlimçiyəm, indiyə qədər beynəlxalq və yerli konfranslarda öz məqalələrimlə çıxış etmişəm, “STEAM” tədris planlarım Türkiyədə çap edilib və müəllimlərin istifadəsinə verilib. Avropa İttifaqı üçün Türkiyə Təhsil Nazirliyi ilə birlikdə yazılmış bir neçə kitabda STEAM haqqında məqalələrim yer alıb.
İndiyə qədər Harran Universitetinin “Süni intellekt” və Quzey Kıbrıs Rauf Denktaş Universitetinin “STEAM təlimçisi” üzrə aylıq kurslarını bitirmişəm. Bu ilin iyun ayında BMT-nin elan etdiyi “Regionda 100 lider qadın” siyahısında mən də yer almışam. Bölgədə qadınların inkişafında rəqəmsallıq baxımından dəstək göstərdiyimiz üçün BMT-nin çap etdiyi kitabda “100 lider qadın” arasında mənim də adım var. 2022-ci ildə Elm və Təhsil Nazirliyinin “Fəxri fərman”ı ilə təltif olunmuş, eyni zamanda ETN və “eTwinning”in birgə layihəsi olan “İlin ən yaradıcı müəllimi”i müsabiqəsində 1-ci yerin qalibi olmuşam”.
Yeniliklərə açıq olmalıyıq
“Müəllimlik, məncə, şagirdləri araşdırmağa, yaradıcı yanaşmaya təşviq etməkdir. Müəllimlik, məktəbə ilk qədəm qoyan şagirdə təhsili, elmi sevdirməkdir. XXI əsr müəllimi olmalıyıq. Özümüzü daim inkişaf etdirməli və yeniliklərə açıq olmalıyıq.
Bu zamanda bizim üzərimizə çox ağır yük düşür. Biz, həm XXI əsr uşaqlarını texnikaya düzgün yönləndirməli, həm də onlara media savadlılığı aşılayaraq çox istifadədən çəkindirməliyik. Bu prosesi düzgün şəkildə edə biləndə, uşaqlar öyrənməyə həvəsli olurlar”.
“İlk müəllimim anam olub”
40 ilə yaxındır ki, pedaqoji fəaliyətlə məşğul olan Gülnarə Məmmədova müəllim ailəsində dünyaya gəlib: “Cəlilabad şəhərində müəllim ailəsində doğulmuşam. Uşaqlıqdan özümü müəllim olaraq təsəvvür etmişəm. Artıq 40 ilə yaxındır ki, müəllim olaraq çalışıram. Cəlilabad şəhər 8 nomrəli məktəb-liseydə ibtidai sinif müəllimi işləyirəm. Həmişə çalışmışam ki, müxtəlif metodlardan, üsullardan istifadə edərək dərslərimi şagirdlərim üçün daha maraqlı, daha anlaşılan qurum. Həmişə nail olmağa çalışmışam ki, uşaqlar mənim dərslərimdə həm öyrənsinlər, həm düşünsünlər, həm də öz fikirlərini sərbəst söyləyə bilsinlər.
Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi bir çox layihələrdə təlimçi və mentor kimi fəaliyyət göstərmişəm. 2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Öz üzərimdə həmişə çalışır, yenilikləri öyrənir və dərs prosesini daha məhsuldar etmək üçün onlardan istifadə edirəm.
Mənə dərs deyən müəllimlər arasında yaddaqalan müəllimlərim çoxdur. İlk müəllimim isə mənim üçün anam olub, hələ məktəbə getməzdən əvvəl oxumağı və yazmağı mənə o öyrədib. Yaddaşımda qalanlardan Azərbaycan dili və ədəbiyyat üzrə Nəzakət müəllimin, tarix üzrə Elmira müəllimin, riyaziyyat üzrə Bəxtiyar müəllimin, fizika üzrə Səlahəddin müəllimin, bizi övladı kimi sevən sinif rəhbərimiz Şəhzadə müəllimin adlarını çəkmək istərdim. Bizim hərtərəfli insan kimi yetişməyimizdə onların çox böyük rolu vardır. Bir çoxları artıq həyatda yoxdur, onlara Allahdan rəhmət diləyir, qalanlara isə cansağlığı arzulayıram.
“Müəllim uşaqları ürəkdən sevməlidir”
“Müəllim bizim həyatımızda unudulmaz iz buraxan bir insandır. Müəllim sinfə daxil olan zaman sanki yeni bir dünya, yeni bir planet yaradır. Fərqi yoxdur bu dünyanın adı riyaziyyat və ya tarixdir. Müəllim, sanki bir sehrbazdır: O, 45 dəqiqə ərzində həm dinləməli, həm dinlətməli, dərsin hər bir hissəsini öz qəlbinin ilmələri ilə toxumalıdır. Müəllim bir dostdur, sənin ən çətin anlarında, sən özünə inanmayanda belə, həmişə sənə inanır, güvənir. Müəllim özünün timsalında həmişə nəyin düz, nəyin yanlış olduğunu göstərməli, özünə qarşı tələbkar olmalıdır ki, şagirdlərinə qarşı da tələbkar ola bilsin. Müəllim uşaqları ürəkdən, səmimi şəkildə sevməlidir. Əks təqdirdə, şagirdlərimiz saxtalığı öz təmiz qəlbləri ilə o dəqiqə hiss edərlər. Məncə, bütün ömrünü müəllimliyə həsr edən insanları təsvir edəcək sözlər həyatda yoxdur”.
“Mən müəllim olmadım ki, müəllim doğuldum”
Növbəti müsahibimiz Samirə Dadaşova söhbətə öz adının tarixçəsini danışmaqla başladı: “Mən, 1969-cu ildə Lənkəran rayonunun Boladi kəndində, müəllim ailəsində anadan olmuşam. Hamı məni Samirə müəllim deyə tanısa da, atam Vəliağa müəllim mənə Səmirə adını verib. Bu adı oxuduğu Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır” əsərindən götürüb. Əsərin qəhrəmanının adı Səmirədir. 1976-cı ildən Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli məktəbində təhsil almışam.1984-cü ildə həmin məktəbi, ümumi orta təhsili fərqlənmə şəhadətnaməsi ilə başa vurub, tərifnamə ilə 8 illik baza üzrə Lənkəran şəhər Pedaqoji Məktəbinin İbtidai metodika fakültəsinə qəbul olunmuşam. 1988-ci ildə texnikumu bitirib, Boladi kənd 1 nömrəli orta məktəbində və eyni zamanda Lənkəran şəhərində yerləşən Osman Mirzəyev adına Qarışıq tipli Uşaq evində tərbiyəçi kimi işləməyə başlamışam.
1992-ci ildən Lənkəran şəhər 10 nömrəli tam orta məktəbində çalışıram. Pedaqoji fəaliyyətim dövründə bir çox təlimlərdə iştirak etmişəm, 2002-ci ildə Bakı Müəllimlər Universitetində “Müəllimin müəllimi” sertifikatını almışam. 2008-ci ildə “İntel” layihəsi üzrə birincilik qazanmışam. 2008-2010-cu illərdə bu istiqamət üzrə təlimçi işləmişəm. İşlədiyim müddətdə müasir təhsilin tələblərinə uyğun keçirilən müxtəlif seminarlarda və təlimlərdən sertifikatlar əldə etmişəm. Bununla yanaşı, həm Lənkəran Şəhər Təhsil Şöbəsi, həm də məktəb rəhbərliyi tərəfindən “Fəxri fərman” və “Diplom”larla təltif olunmuşam. Bir neçə dəfə Beynəlxalq Təhsil forumlarının iştirakçısı olmuşam və öyrəndiyim yenilikləri həmkarlarım ilə bölüşmək və məktəbimizin gənc əməkdaşlarına dəstək olmaq üçün seminarlar təşkil etmişəm.
36 illik pedaqoji fəaliyyətim dövrümdə, nəinki respublikamızda, dünyanın bir çox ölkələrində öz sözünü deyə bilən mütəxəssislərin yetişməsində, ilk müəllimləri olaraq mən də rol oynamışam.
Dərs dediyim illərdə seçilən, yaddaşımda maraqlı hadisələrlə qalan şagirdlərim olub. Bəlkə də, onlar həmin əhvalatları unudurlar zaman keçdikcə, amma biz müəllimlər isə hər zaman xatırlayanda sakitcə gülümsəyirik. Yolda, ictimai yerlərdə, hər məclisdə, həkimə gedəndə, banka gedəndə və sair... “Mənim müəllimim” deyə səslənəndə, elə bil dünyanı mənə bağışlayırlar”.
“Müəllimlik peşəsinə sevgi qanıma-canıma hopub”
“Müəllim ailəsində anadan olduğum üçün bu peşəyə sevgi qanıma-canıma hopub. Valideynlərimin hər anı məktəblə, şagirdlərlə bağlı olduğu kimi mən də şagirdlərimlə böyüyür - qanadlanıram. Məktəbdə oxuduğum illər ərzində sevimli müəllimlərim çox olub, amma mənə riyaziyyatı sevdirən rəhmətlik Aydın Cavadovu heç unutmuram. Məsələ həllini, həndəsi teoremlərin isbatını elə maraqla izah edərdi ki, öyrənməmək, riyaziyyatı sevməmək olmurdu. Azərbaycan dili müəllimim Gülağa Paşayev olub, elə bilirdim bu fənni özü yaradıb ki, belə mükəmməl bilir. Texnikumda oxuyanda ən sevimli müəllimim Ağalı Əsədov idi. Allah rəhmət eləsin! Qəbrləri nurla dolsun. Mən müəllim olmadım ki, mən müəllim doğuldum”.
“Müəllim olmağımla fəxr edirəm”
Bənövşə Rəcəbzadə də rayonun sevilən müəllimlərindəndəndir. Lənkəran rayon Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta məktəbində coğrafiya fənnini tədris edir. 26 ildir pedaqoji fəaliyyətlə məşğul olan müəllim Lənkərana Ağstafa rayonundan gəlib:
“Ağstafa rayonu Poylu kənd tam orta məktəbini bitirmişəm. Hazırda əsas iş yerim Boladi 1 nömrəli məktəbdir. Bundan əvvəl isə Liman şəhər 1 nömrəli və Qumbaşı kənd tam orta məktəbində çalışmışam. Məndə müəllimliyə sevgi yaradan Poylu kəndində ilk ibtidai sinif müəllimim Nazilə Abdullayeva olub. Amma coğrafiya müəllimliyinə maraq və həvəs aşılayan yüksək insani dəyərlərə sahib Nərminə müəllimdir.
Ümumiyyətlə, mənim fikrimcə, müəllim olan şəxs yüksək insani dəyərləri olan humanist, şagirdlərinə əvəzsiz sevgi göstərən, hər zaman onların yanında olan, öz üzərində hər çalışan, yenilikçi, şagirdlərini hər zaman irəliyə aparan, öz şərəfli peşəsini sevən bir şəxs olmalıdır. Mən müəllim olmağımla fəxr edirəm”.
Tehsil-press.az