Azərbaycan müstəqillik əldə edəndən dərhal sonra bütün sahələrdə olduğu kimi, media aləmində də sürətli inkişafın təməli qoyuldu. Kütləvi informasiya vasitələrinin inkişafı isə media sisteminin tipologiyasını genişləndirdi. Yazılı və elektron informasiya sahəsində öz informasiya siyasətini formalaşdıran çeşidli media qurumları meydana çıxdı. Xüsusilə televiziya və radio sahəsində özəl sektorun inkişafı cəmiyyətin bilgiləndirilməsi, maarifləndirilməsi işində çox böyük rol oynadı. Bu sahədə inkişafın və dövlət qayğısının nəticəsi olaraq Azərbaycanda ayrıca informasiya siyasətinə, ayrıca tipoloji xarakterə malik olan İctimai teleradio meydana gəldi.
Azərbaycan cəmiyyətinin sosial sifarişi ilə, Azərbaycan dövlətinin demokratik dəyərlərə yüksək münasibətinin nəticəsi olaraq 2005-ci il avqustun 29-da efirə çıxan İctimai teleradio ötən illər ərzində dövlətçiliyimizin qorunması və daha da inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və zənginləşdirilməsi, cəmiyyətin bilgiləndirilməsi və müntəzəm maarifləndirilməsi sahəsində əlindən gələni əsigəməmişdir. Teleradionun yaradıcı və texniki əməkdaşları özünün bütün fəaliyyətini qərəzsiz, dəqiq, obyektiv, vicdanlı, ədalətli informasiya üzərində qurmuş, ayrı-ayrı proqram formatlarında cəmiyyəti maraqlandıran, narahat edən problemləri müzakirə müstəvisinə çıxararaq onların həllinə aparan yolların xalqın dilindən eşidilməsinə nail olmuşdur.
İctimai teleradio bütün məqamlarda yalnız ictimai maraq prinsiplərinə söykənmiş, qloballaşan dünyada milli dəyərlərimizin qorunub saxlanılması və zənginləşdirilməsi, dilimizin, tariximizin, elmi nailiyyətlərimizin, bütövlükdə ölkəmizin inkişafına dəstək vermişdir.
İctimai teleradionun əsas funksiyaları sırasında cəmiyyətin maarifləndiril-məsi ilkin yer tutur. Əslində bu teleradionun beynəlxalq arenada meydana çıxması son 20-30 ildə kommersiya teleradio sisteminin-reklam maraqlarına görə daha çox sensasion və əyləncəli proqramlara yer vermək məcburiyyətində qalan elektron medianın qarşısına çıxmaq məqsədi güdmüşdür. Ona görə də bu qurum öz mahiyyətində maarifləndirmə funksiyasını daha qabarıq göstərir.
Azərbaycan teleradio məkanında fəaliyyət göstərən İctimai Televiziya və Radio Yayım şirkəti də bu funksiyanı inamla yerinə yetirməkdədir. Bu ciddi vəzifəni yerinə yetirmək üçün teleradioda öz işinə peşəkarlıqla yanaşan yaradıcı kollektiv formalaşmışdır. Kollektivin yaradıcılıq amalı ilk növbədə Azərbaycanın bu günkü inkişaf istiqamətinə bağlıdır. Xeyli müddətdən bəri “Eurovision” kimi Avropa, dünya miqyaslı bir musiqi yarışında ölkəmizin iştirakının təmin edilməsində, hətta bu yarışda günün birində birinci yerə çıxmağımızda ictimai teleradionun böyük xidməti var. Lap yerinə düşmüşkən, bir neçə gün əvvəl – mayın 10-da “Eurovision” təşkilatçılarının tanınmamış bir sıra qondarma “respublikaların” siyasi atributlarının yarış salonuna gətirilməsi qadağasına məhəl qoymayan Ermənistan təmsilçilərinin qondarma “DQR” bayrağını burada həyasızcasına nümayiş etdirməsi əvvəlcə Avropa Yayım Birliyi təşkilatçılarının nəzarətindən yayındı. Azərbaycan ictimai teleradio direktorunun müavini Şaiq Məmmədov səlis ingilis dilində bunu təşkilatçılara irad tutanda yarışın moderatoru ona mane olmaq istəsə də, Azərbaycan jurnalisti Qarabağın Azərbaycan torpağı olduğunu təkidlə bəyan etdi və “Eurovision”un siyasiləşdiyini bildirdi. Bundan dərhal sonra ictimai teleradionun Baş direktoru Cəmil Quliyevin Avropa Yayım Birliyinə xəbərdarlıq məktubuna cavab olaraq həmin qurum ermənilərin bu hərəkətini ifşa edən bəyanat yaydı. İTV reportyorunun kəskin iradından və İTV rəhbərliyinin kəskin xəbərdarlığından dərhal sonra “Eurovision” təşkilatçılarının Ermənistanı ifşa edən bəyanatı oldu və bir neçə gün dünyanın ən nüfuzlu mətbuat orqanları Ermənistanın bu çirkin niyyətini bir daha ifşa edən materiallarla çıxış etdilər. Bunu da İTV-nin 2016-cı il “Eurovision” qələbəsi hesab etmək olar.
2015-ci ilin İlk Avropa Oyunlarının dünyaya təbliği işində də ictimai teleradio çox böyük fəallıq göstərdi.
Öz texniki imkanları ilə də müasir tələblərə cavab verən ictimai teleradionun kollektivi tamaşaçıları maraqlandıran çoxçeşidli proqram formatları yaratmışdır. Tamaşaçıların diqqətlə izlədikləri “Aktual mövzu”, “Ortaq məxrəc”, “Müzakirə vaxtı”, “Açıq dərs”, “Qarabağ həqiqətləri” kimi proqram formatlarının uzunömürlülüyü onların uğurlu fəaliyyətindən xəbər verir. Bu proqramları teleməkanda öz peşəkarlığı ilə tanınan jurnalist-aparıcılar tamaşaçılara təqdim edirlər. Məsələn, “Aktual mövzu”, “Ortaq məxrəc”, “Açıq dərs” kimi proqramların maarifçilik işi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Doğrudur, bəzən mətbuatda çıxış edən ekspertlər ictimai televiziyanın tipologiyasını nəzərə almadan bu TV-dən sensasiya, hətta “inqilabi” çıxışlar tələb edirlər. İTV-dən siyasətə qarışmaq umanlar əgər bu qurum haqqında AR Qanununa bələd olsalar görərlər ki, icyimai yayım siyasi maraqlardan uzaq olmalıdır. Nəzərə almaq lazımdır ki, ictimai teleradio millətin milli-mənəvi dəyərlər sistemini qorumaq və zənginləşdirmək, dövlətçiliyə və müstəqilliyə mane ola biləcək faktlara qarşı mübarizə prinsiplərini əsas götürür və nə qədər ki, Azərbaycan Ermənistanın və onun havadarlarının hücumları qarşısındadır, ictimai teleradio hətta dövlətin informasiya təhlükəsizliyi kimi çox vacib bir sahənin qoruyucusu qismində də fəaliyyət göstərəcək.
Məlumdur ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsas fəaliyyət istiqamətlərindən biri İnformasiya və ictimai-siyasi proqramlar departamentinin işi ilə bağlıdır. Bu departament özünün xəbər proqramları və bir sıra analitik verilişləri ilə artıq çoxdan tamaşaçı rəğbətini qazanmışdır. Kommersiya TV kanallarının reklam bazarı uğrunda mübarizə ilə bağlı müxtəlif proqram formatlarından fərqli olaraq, İctimai teleradio özünün əsas vəzifəsini - bilgiləndirmək, maarifləndirmək işini yerinə yetirməkdədir. İnformasiya və ictimai-siyasi proqramlar departamenti Azərbaycan dövlətçiliyi, azərbaycançılıq mövqeyindən çıxış etmiş, özünün təqdim etdiyi informasiyalarda vətəndaşlıq mövqeyini əsas tutmuşdur. Bu istiqamət - İnformasiya və ictimai-siyasi proqramlar departamentinin milli maraqlar istiqaməti, habelə peşəkarlıq fəaliyyəti ilə də bu gün cəmiyyətin diqqət mərkəzindədir.
Hamıya məlumdur ki, Qarabağ hadisələri başlanan gündən Azərbaycan mediasının əsas vəzifələrindən biri bu hadisələrdə ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. İctimai televiziyanın “Carçı” xəbərlər proqramı yarandığı gündən özünün loqosunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsini və BMT-nin Ermənistanın Azərbaycan torpaqlarından geri çəkilməsini təkid edən 4 məlum qərarının hələ də yerinə yetirilmədiyini bu loqo hər gün dəfələrlə dünyaya car çəkir. Təkcə bu faktın özü ictimai televiziyanın milli maraqlara peşəkarlıqla xidmətinə bir misaldır.
İctimai Televiziya və Radio Yayımları Şirkəti yarandığı gündən informasiya və ictimai-siyasi proqramlarının fəaliyyət dairəsini genişləndirib və yeni tendensiyalara uyğun müvafiq layihələr hazırlayaraq tamaşaçı və dinləyicilərə təqdim etmişdir. Əsas informasiya proqramı olan “Carçı”nın peşəkarlıq və operativlik imkanları indi daha da genişləndirilib. Gün ərzində bir dəfə rus dilində olmaqla, ümumilikdə beş dəfə tamaşaçılara təqdim edilən informasiya buraxılışlarında “İctimai televiziya və radio yayımı haqqında” Qanunun bütün müddəalarına əməl olunur. Ölkənin bölgələrindən informasiyaları daha böyük auditoriyaya çatdırmaq üçün həftənin altı günü axşam saat 21:05-də efirə çıxan “Carçı Region” proqramı artıq iki ildir ki, fəaliyyət göstərir. Ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinin yeni hədəfləri bu proqramda xüsusi nəzərə alınır. “Carçı” informasiya proqramı İTV-nin fəaliyyətində əsas yer tutur, həm də ona görə ki, bu proqram ölkənin və dünyanın informasiya mənzərəsini yaratmaqla, cəmiyyətin bilgiləndirilməsi və maarifləndirilməsi işinə xidmət edir.
“Carçı” informasiya proqramı günün aktual və prioritet xəbərlərini haysız-küysüz təqdimatı ilə də maarifçilik missiyasına xidmət edir. Departamentin rəhbəri Elgün İbrahimov jurnalist peşəkarlığının bir sıra istiqamətlərini xəbərlər proqramında uğurla həyata keçirir. Təkcə aprelin əvvəllərində Qarabağda baş verən hadisələrin və onunla bağlı ictimai rəyin təqdimini verən informasiyaları xatırlamaq kifayətdir. Ordumuzun dörd günlük döyüş uğurları, bu uğurlardan doğan xalq ruhu informasiyaların aparıcı mövzusu oldu. Belə hadisələr zamanı dövlətin informasiya təhlükəsizliyi, hərbi sirlərin qorunması işində İTV reportyorlarının fəaliyyəti nümunə rolu oynaya bilər. Bu peşəkar reportyorların torpaqlarımız uğrunda şəhid düşmüş əsgərlərimizin dəfn mərasimlərindən hazırladıqları xəbərlər hər kəsi Vətən sevgisinə çağırır. Xarici jurnalistlərin və
xarici diplomatların cəbhə bölgəsinə səfərləri peşəkar jurnalistlərin şərhlərində çox maraqlı məqamlarla yadda qaldı. Jurnalist Mais Ağayevin “Azərbaycan əsgəri” sərlövhəli sənədli-bədii (!) filmvari reportajı bir silsilə kimi indi də davam etməkdədir.
“Carçı” informasiya proqramına bağlı “Həftənin yekunu” həm populyar, həm də intellektual təqdimat üsulu ilə həftə ərzində ölkədə və beynəlxalq aləmdə baş verən hadisələrin analitik təhlili ilə böyük iş görməkdədir. Proqramın aparıcısı Şaiq Məmmədov özünün hadisələrə bələdliyi, həftə ərzində baş verən və ictimai maraq kəsb edən hadisələri peşəkar təhlilləri ilə yeddi günün telepanoramını yaradır. Bu proqram ölkə Prezidentinin həftə boyu fəaliyyətindən tutmuş dünyanın mühüm olaylarına qədər hər şeyə peşəkar nüfuzu ilə tamaşaçının yaddaşında qalır.
Qeyd etmək yerinə düşərdi ki, cəmiyyəti narahat edən bəzi sosial yüklü mövzular fərqli formatda “Müzakirə vaxtı” ilə ekranlara gətirilir. Həftənin ən aktual sosial-iqtisadi yenilikləri “Diqqət Mərkəzi” verilişi vasitəsilə izləyicilərin diqqətinə çatdırlır.
“Ortaq Məxrəc” uzun müddətdir ki, cəmiyyətin maraq dairəsində olan problemləri ölkənin tanınmış ziyalılarının iştirakı ilə ictimai müzakirəyə çıxarır. Lap bu günlərdə həmin proqramda Qarabağ mövzusu xarici mətbuatda necə işıqlandırılır kimi vacib bir problem müzakirə edildi. Proqramın ekspertləri – tanınmış jurnalist və ictimai xadimlər – Vüsalə Mahirqızı, Əflatun Amaşov, Rauf Arifoğlu, XİN-in mətbuat rəhbəri Hikmət Hacıyev bu problemin bir çox parametrlərini peşəkarlıqla təhlil etdilər. Əlbəttə, proqramın peşəkarlıq məsuliyyəti daha çox istedadlı telejurnalist Vəsilə Vahidqızına bağlıdır. Bu jurnalistin aktual mövzunu müəyyən etmək, ictimai marağı duymaq və ekspertləri seçmək peşəkarlığı proqramın uğurlarının əsas təminatçısıdır.
Artıq bir ildən çoxdur ki, “Aktual mövzu” analitik proqramı efirdə fəaliyyət göstərir. Bu proqram, adından da göründüyü kimi, ən aktual hadisələri həmin problemlərin daxili mahiyyətinə yaxından bələd olan ekspertlərlə müzakirəyə çıxarır. Proqramda müzakirəyə çıxarılan məsələlərin hamısına ictimai maraq prinsipindən yanaşılır.
Təkrar etmək yerinə düşər ki, hər bir teleproqramın uğuru, əsasən, onun aparıcısından asılıdır. “Aktual mövzu”nun aparıcısı Anar Yusifoğlu hadisələrə, mövzuya tam bələd olması, geniş biliyi və erudisiyası ilə bu proqramın uğur qazanmasına nail olmuşdur. Televiziya analitik proqramının bütün məqamlarda vətəndaşlıq mövqeyi ilə jurnalist peşəkarlığını birləşdirmək bacarığı Anar Yusifoğlu məktəbi formalaşıb.
Son zamanlar müntəzəm olaraq, ayda iki dəfə efirə gedən “Qarabağ həqiqətləri” proqramı Qarabağ porblemini çox müxtəlif istiqamətlərdən müzakirəyə çıxarır və xüsusi qeyd edək ki, bu proqram mediada müsbət qiymətləndirilməkdədir. Çünki, proqramın aparıcısı filologiya elmləri doktoru Elçin Əhmədov da, proqrama dəvət edilən qonaqlar da Qarabağ problemlərinə çox yaxşı bələd olan insanlardır.
"Gənclər, elm və təhsil departamenti"nin yaratdığı proqram formatları xüsusi olaraq İctimai teleradionun maarifçilik missiyası üzərində qurulmuşdur.
Departamentin təqdim etdiyi proqramlar, xüsusilə “Açıq dərs” müzakirəyə çıxardığı aktual mövzularla yadda qalır. Proqramın aparıcısı Orxan Cabbarlı özü həm də bir universitet müəllimi olaraq xarizması, problemlərə yaxınlığı ilə tamaşaçı hörməti qazanıb.
İctimai teleradionun strukturunda "Səhər proqramları departamenti"nin xüsusi çəkisi var. Bu departament həftə müddətində hər gün 3 saat canlı efirdə maraqlı təqdimatları ilə tamaşaçı rəğbətini çoxdan qazanmışdır. Təsadüfi deyil ki, televiziya tənqidçiləri səhər prоqramını "mini televiziya" adlandırırlar. Bu gün yerli teleməkanda müxtəlif səpkili səhər proqramları mövcuddur. İctimai Televiziyanın “Yeni Gün” səhər prоqramı bu sırada özünəməxsusluğu və orijinallığı ilə seçilir.
"Yeni gün" getdikcə təkmilləşərək seçdiyi mövzuların rəngarəngliyinə, təqdim etdiyi sujetlərin aktuallığına, müxtəlif sahələri təmsil edən qonaqların auditoriyasına və s. göstəricilərinə görə maraq doğurur. İzləyici bir neçə saat ərzində zəhmətkeş və istedadlı bir kollektiv tərəfindən hazırlanmış proqramda ölkənin ən müxtəlif peşə adamları, maraqlı insanları ilə ünsiyyətdə olur, canlı musiqi dinləyir, mədəniyyət və incəsənət adamlarının yaradıcılıq planlarından xəbər tutur. Proqramın rəhbəri Elnur Kələntərli və aparıcıları- Saleh Bağırov, Aynur Fətullayeva və Azər Süleymanlı özlərinin yaradıcılıq üslubları ilə tamaşaçıları çox razı salırlar.
Dünya ictimai yayım konsepsiyasının əsas tələblərindən biri də milli, dini azlıqların hüquq və azadlıqlarına xüsusi diqqət yetirməkdir. İctimai Televiziya fəaliyyətə başladığı ilk günlərdən bu konsepsiyanı öz işinin tərkib hissəsi elan edib. 80-dən artıq xalqın nümayəndələrinin yaşadığı Azərbaycanda milli və dini tolerantlığın təbliği, bu məqamın İctimai televiziyanın proqram siyasətinin əsas prinsipinə çevrilməsi vacib şərtdir. Ona görə də bu gün “Yeni Gün”də azsaylı xalqların və milli azlıqların folklor nümunələri geniş təbliğ olunur.
İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Birliyində təkcə 2015-ci ildə müxtəlif dövrlərdə fəaliyyət göstərən Azərbaycanın məşhur mütəfəkkirləri, elm, mədəniyyət və incəsənət aləmində tanınmış ziyalılarımızın teleportretləri, ölkəmizdə yaşayan müxtəlif xalqların adət-ənənəsini əks etdirən filmlər, eləcə də torpaqlarımız uğrunda şəhid olan oğullarımızın göstərdikləri qəhrəmanlıqlardan bəhs edən onlarca sənədli və televiziya filmi istehsal olunaraq tamaşacılara təqdim edilib.
Bu uğurları təmin edən əsas faktorlardan biri departament rəhbəri Hikmət Yaqubovun peşəkarlıq fəaliyyəti ilə bağlıdır. Hikmət Yaqubov Azərbaycan telemühitində istedadlı rejissor, ssenarist və jurnalist kimi çoxdan öz təsdiqini tapmış bir kadrdır.
İctimai televiziya bir tərəfdən Azərbaycanın öz istehsalı olan klassik filmlərin, digər tərəfdən dünya kinematoqrafiyasının ən yaxşı nümunələrini bizə təqdim edir. Bu sətirlərin müəlliflərindən biri dilçilik elmimizə, üsluba daha çox bağlı olaraq xüsusi qeyd etməyi lazım bilir ki, İTV-nin dublyaj peşəkarlığı xüsusi qiymətə layiqdir.
İctimai televiziyanın "Musiqi, bədii və əyləncəli verilişlər departamenti" öz proqram formatlarında maarifçilik və əyləncə xarakterini birgə yerinə yetirir. Bu departamentin tamaşaçılara təqdim etdiyi və əslində "əyləncə" hesab olunan verilişlərin böyük əksəriyyəti milli ruhu ilə həm də maarifçilik xarakteri daşıyır.
İctimai radionun da bir sıra maarifçi proqramları dinləyicilərin diqqətini cəlb etməkdədir. Əlbəttə, burada da ilk növbədə radionun xəbərlər departamentinin fəaliyyəti barədə bir daha danışmaq lazım gəlir. Radionun xəbərləri bütün gün ərzində-səhər saat 9-dan axşam saat 9-dək efirə çıxır və Azərbaycanın, dünyanın hər saatla bağlı xəbərlərini dinləyicilərə çatdırır.
İctimai Radio "Türkiyənin səsi" Radiosu ilə birgə layihəsi olan və hər gün - bazar günü də daxil olmaqla - saat 12-də efirə çıxan "Qorqud ata" proqramı, xeyli vaxtdan bəri fəaliyyət göstərən "Vətən tarixi", "Bura Azərbaycandır", "Tarixdə yaşayanlar", "Qarabağ tarixi", "Azərbaycan inciləri", "Bir bizdən, bir sizdən" kimi yeni layihələri ilə Azərbaycanı dünyaya tanıtmaqdadır.
Radionun Musiqi və Əyləncəli Verilişlər Departamenti tərəfindən efirə çıxan "Yeni gün", "Music box", "Hit parad", "Dahiləri anarkən", "Dünya inciləri", "Muğam dünyası", "Fərqli nahar" və s. proqramlar öz məzmun və xarakteri ilə maarifləndirmək və əyləndirmək funksiyasını eyni vaxtda yerinə yetirir ki, bütün bunlar yaradıcı kollektivin birgə əməyinin nəticəsidir.
Biz bu məqamda ən azı avtomobildə yol gedərkən əlinizin altında olan bir neçə radio kanalının düymələrini basıb onların nə ilə fərqləndiyinə diqqət etməyinizi istərdik. Bu kiçik eksperiment zamanı ictimai radionun milli maraqlarımıza, milli-mənəvi dəyərlərimizə necə xidmət etdiyinin şahidi olacağınıza əminik.
İctimai teleradionun bütün proqramlarının qarşısında bir məqsəd durur: Azərbaycan dövlətçiliyini, onun milli-mənəvi dəyərlər, milli maraqlar sistemini qorumaq və zənginləşdirmək. Bu işdə ictimai teleradio kollektivini heç bir qüvvə yolundan döndərə bilməz.

Nizami Cəfərov,
Cahangir Məmmədli
Cahangir Məmmədli