Bakı Dövlət Universitetinin (BDU) kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib.
Bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov universitetin Elmi Şurasının genişləndirilmiş yekun iclasında həmin akademiyanın diplomunu, sertifikatını və döş nişanını dosent K.Aslana təqdim edib.
K.Aslanın tədqiqat sahəsinə dünya kitab və kitabxana mədəniyyətinin tarixi, ədəbiyyatşünaslıq, kitabşünaslıq və jurnalistikanın nəzəri və təcrübi istiqamətləri, ənənəvi və elektron nəşriyyat işinin müasir problemləri və s. kimi aktual məsələlər daxildir.
Alim 5 monoqrafiyanın, 30 kitabın, çoxsaylı elmi məqalələrin müəllifidir.
Qeyd edək ki, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyası 1990-cı ildə təsis edilib. Dünyanın ayrı-ayrı ölkələrində elmin və mədəniyyətin müxtəlif sahələrində informasiya proseslərinin və texnologiyalarının inkişafına imkan yaradan, informasiologiya sahəsində fundamental və tətbiqi məsələlərin həlli ilə məşğul olan məşhur alimlər və mütəxəssislər bu Akademiyaya üzv seçiliblər.

BDU-nun Mətbuat Xidməti