Avropada Azərbaycan təmsilçisi - UNEC tələbələrinin startapları

Avropada Azərbaycan təmsilçisi - UNEC tələbələrinin startapları UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında təmsil edəcək “Enactus UNEC komandasının üzvləri ilə görüşüb.
Dünyanın 36 ölkəsinin təmsilçiləri arasında Azərbaycanı UNEC tələbələrinin təmsil edəcəyindən qürur duyduğunu bildirən rektor “Enactus” beynəlxalq proqramının bu günün və gələcəyin biznes liderlərini bir araya toplamaqla yanaşı, tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmək imkanı verdiyini qeyd edib. O, layihənin Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, onların sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirmək baxımından da əhəmiyyətini vurğulayıb.
“Enactus Azərbaycan” XII Milli Yarışında UNEC komandasını “ən yaxşı biznes ideya” və “ən yaxşı innovativ layihə” nominasiyalarında qalib edən startap layihələrindən söz açan rektor, onların “Enactus” standartlarına tam cavab verdiyini diqqətə çatdırıb. Ə.Muradov, “Enactus” Dünya Kubokunda müxtəlif ölkələrin ən qabaqcıl şirkət nümayəndələrin iştirak etdiyini bildirərək, UNEC tələbələrinin gənc sahibkar kimi bu nəhəng qurumlarla əməkdaşlığının mümkünlüyündən söz açıb. Rektor, yarışlarda qonaq qismində iştirak edən dünyanın aparıcı şirkətlərinin top liderləri ilə görüşlərdə öz bilik və bacarıqlarını artıramaq üçün maksimum yararlanmağı tövsiyə edib.
UNEC tələbələrinin daima öz savad, intellekt, bacarıq və vətənpərvərlikləri ilə seçildiyini vurğulayan rektor, onların bu mötəbər çempionatda da dünyanın müxtəlif ölkələrindən olan gənclər arasında fərqlənərək, Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib, onlara uğurlar arzulayıb.
Görüşdə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrindən ibarət “Enactus UNEC” komandasının üzvləri – Eşqin Cəfərov (komandanın kapitanı), Arzu Tofiqli, Məhəmməd Vəlizadə, Ayla Əliyeva, Tural Ömərov, Məryəm Tağıyeva və UNEC-in Karyera Mərkəzinin direktoru, komandanın məsləhətçisi Fuad Əliyev səfər hazırlığı ilə görülən işlərdən danışıblar.

UNEC-in Mətbuat Xidməti


Avropada Azərbaycan təmsilçisi - UNEC tələbələrinin startaplarıAvropada Azərbaycan təmsilçisi - UNEC tələbələrinin startaplarıAvropada Azərbaycan təmsilçisi - UNEC tələbələrinin startapları

Oxşar xəbərlər