
Alim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov isə M.P.Vaqifin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən, onun yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, konfransa Azərbaycanın 13 elm və təhsil müəssisəsindən ümumilikdə 186 nəfər qatılıb.
Konfrans işini “M.P.Vaqif və müasirlik”, “Dilçilik”, “Ədəbiyyatşünaslıq” və “İctimai elmlər” bölmələrində davam etdirib.
Kəmalə Rəhimli

