11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda keçirilən bayram tədbirlərində iştirak edib

11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda keçirilən bayram tədbirlərində iştirak edib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda keçirilən bayram tədbirlərində iştirak edib
Gürcüstanın Tbilisi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığına əsasən Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində 04-08 oktyabr 2017-ci il tarixində Gürcüstanda səfərdə olub.
Kollektiv Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.
Tbilisi şəhərində keçirilən “Tbilisoba” adlı bayram tədbirlərində Gürcüstanda yaşayan milli azlıqların mədəniyyəti, incəsənəti, milli musiqiləri nümayiş olunub.
Yüksək səviyyədə təşkil olunmuş tədbirlərdə məktəbin xanəndəlik, saz sinfi şagirdlərinin, nağaraçılar ansamblının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirlərdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov məktəb kollektivinin çıxışlarından məmnun olduğunu bildirərək, onlara gələcək işlərində uğurlar arzulayıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda keçirilən bayram tədbirlərində iştirak edib11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda keçirilən bayram tədbirlərində iştirak edib

Oxşar xəbərlər