Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi yeni uğurlara imza atır

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi yeni uğurlara imza atır Belə ki, Abşeron rayon Xırdalan şəhər 11-illik musiqi məktəbinin kollektivi Türkiyədə Azərbaycanı təmsil edəcək.
Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi və Türkiyə Cümhuriyyətinin İstanbul ili Maltepe Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 14-16 may 2018-ci il tarixlərində İstanbulda Azərbaycan xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə və Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Proqram çərçivəsində İstanbulda “Azərbaycan Xalq Cümhuriyyəti 100 il” parkının açılışı, Azərbaycanlı rəssamların əsərlərindən ibarət təşkil olunacaq rəsm sərgisi və geniş konsert proqramı təqdim olunacaq. Konsert proqramında çıxış edəcək Türkiyədə çalışan Azərbaycanlı sənətçilərlə yanaşı, İstanbul ili Maltepe Bələdiyyəsinin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı ilə Beynəlxalq əməkdaşlıq əlaqələrini uğurla davam etdirən Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi də, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə maraqlı konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi respublika mədəniyyət müəssisələri işçilərinin hazırlıq və ixtisasartırma mərkəzi tərəfindən cari ilin may ayında respublika uşaq musiqi və incəsənət məktəblərinin kamança ixtisası üzrə bir qrup müəllimləri üçün kurslar təşkil edilib. Sözügedən mərkəzin dəvəti ilə Balakən, Oğuz, Şamaxı, Ağdam, Zəngilan, Samux, Şabran və Yevlax rayonlarının uşaq musiqi və incəsənət məktəblərindən kurslara cəlb edilmiş müəllimlərlə kamança alətinin tədrisi və metodikası, muğamlarımızın kamançada düzgün klassik ifası və xanəndələri müşayiət etmə forması ilə əlaqədar dərslər keçmək üçün Abşeron Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru əməkdar müəllim İkram Manafov dəvət olunub. Hər bir mövzu üzərində keçirilən dərslər dinləyicilər tərəfindən maraqla dinlənilib.
Xatırladaq ki, musiqi məktəbinin direktoru, Mədəniyyət işçiləri Həmkarlar ittifaqı Abşeron rayon komitəsinin sədri İkram Atabala oğlu Manafov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası icraiyyə komitəsinin qərarı ilə 04 may 2018-ci il tarixində həmkarlar ittifaqında xidmətlərinə görə AHİK-in 25 illik yubiley medalı ilə təltif edilib.
İkram Atabala oğlu Manafov, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2006-cı ildə Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına, 2016-cı ildə isə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxdi adına layiq görülüb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi yeni uğurlara imza atırSumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi yeni uğurlara imza atırSumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi yeni uğurlara imza atırSumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi yeni uğurlara imza atırSumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi yeni uğurlara imza atırSumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi yeni uğurlara imza atırSumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi yeni uğurlara imza atır

Oxşar xəbərlər