Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində tanınmış xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun 66 illik yubileyinə həsr edilmiş yaradıclıq gecəsi keçirilib. Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, Corat Qəsəbə Bələdiyyəsi və Corat Qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Tədbirin aparıcısı Azərbaycan Respublikasinin Əməkdar artisti Cəlal Məmmədov çıxış edərək, sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək Aqil Məlikovun müasir muğam sənətimizdəki mövqeyini, gənc nəsildə muğama marağın oyadılması və cavan xanəndələrin yetişməsindəki əməyini, muğam sənətinə verdiyi töhfələri təqdirəlayiq cəhətlər kimi diqqətə çatdırıb. Tədbirdə YAP Sumqayıt təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov çıxış edib, xoş arzularını çatdırıb. Daha sonra tədbir konsert proqramı ilə davam edib. Respublikamızın tanınmış ifaçıları Xalq artisti xanəndə Teyyub Aslanov, Əməkdar Artistlər xanəndə Zakir Əliyev, Səbuhi Ibayev, Məmməd Nəcəfov, Orxan, Səlim Nəsirli, Almaxanım Əhmədli, Çinarə Əliyeva, Rizvan, Mirələm Mirələmov tərəfindən muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib, bələdiyyə teatrının aktyoru Elxan Rzanın ifasında şeirlər dinlənilib. Konsertdə xanəndənin oz ifası ilə yanaşı sənətkarın özü yazdığı qəzəlləri və ona həsr olunmuş şeirlər də oxunub. Tədbiri Arif Buzovnalı (Qəzəlxan şair), Aĝasəlim Abdullayev (xalq artisti,tarzən), Mirnazim Əsədullayev (xalq artisti), Firuz Əliyev (xalq artisti, tarzən) və digər sənət adamları izləyiblər.
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovla görüş keçirilib. Tədbirdə Azərbaycan kinosunun dünəni və bu günü arasındakı ötən 120 illik tarixi yolu haqqında qısa məlumat verilib, videoçarx izlənilib, “Bəxt üzüyü” kinofilmindən fraqment nümayiş etdirilib. Sonra Xalq artisti Valeh Kərimovun kino tariximizdəki yaratdığı bənzərsiz, zəngin obrazlarından söhbət açılıb. Tədbirdə çıxış edən sənətkar yaradıcılığına göstərilən yüksək diqqətə görə görüş iştirakçılarına minnətdarlığını bildirərək həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollarından bəhs edib, V.Şeksprin “Hamlet” əsərindən Hamletin monoloqunu ifa edib, tədbir iştirakçılarının suallarını cavablandırıb. Daha sonra çıxış edən Sumqayıt Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Firudin Məhərrəmov Azərbaycan kinosunda və Sumqayıtın teatr tarixində Valeh Kərimovun xidmətlərindən danışıb. Tədbirin sonunda Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova çıxış edərək Valeh Kərimova və Firudin Məhərrəmova görüş üçün təşəkker edib, xoş arzularını çatdırıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Poeziya Evində region üzrə MKS-lərin iştirakı ilə Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsimini yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqədə Sumqayıt, Abşeron, Xızı, Qubadlı və Zəngilan Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üzrə seçilmiş 5 nəfər qiraətçi iştirak edib. Tədbiri giriş sözü ilə S.Vurğun adına Mərkəzi Kitabxananın Metodika Biblioqrafiya Şöbəsinin metodisti Natavan Axunzadə açaraq münsifləritəqdim edib. Əməkdar Mədəniyyət İşçisi, şair Əşrəf Veysəlli, AYB-nin üzvü, nasir Almaz Sahilə, AYB-nin Qubadlı bölməsinin sədri Namig Məna, AYB-nin üzvü, şair Elvin Əlizadədən ibarət formalaşan münsiflər heyəti iştirakçılara bədii qiraət müsabiqəsi haqqında öz fikirlərini söyləyib, hər bir iştirakçıya uğurlar arzulayıblar. Ölməz şairin məhəbbət və gözəlliyi tərənnüm edən lirik, dövrün haqsızlıqlarını ifşa edən üsyankar şeirləri müsabiqə iştirakçılarının ifasında dinlənilib. Sonda münsiflər heyətinin yekdil rəyinə görə 1-ci yerə Nəsiminin “Ayrılır” qəzəli ilə Sumqayıt şəhər MKS-in M.Ə.Rəsulzadə adına kitabxananın oxucusu Allehverdiyeva Nurgün, 2-ci yerə isə şairin “Dilbərim” qəzəli ilə Zəngilan MKS-in oxucusu Şəms Talıblı layiq görülüb. Sumqayıt Regional Mədəniyyət İdarəsinin işçisi Eldar Xanlaroğlu çıxış edərək həm də Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovun adından qalibləri təbrik edib. Həmçinin Abşeron MKS-in direktoru, şairə Məlahət Yusifqızı, Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova, Əli Kərim adına Poeziya klubunun direktoru İbrahim İlyaslı da cıxış edərək qalibləri təbrik ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər