ADNSU-da general Hüseyn xan Naxçıvanski haqqında film nümayiş olunub

ADNSU-da general Hüseyn xan Naxçıvanski haqqında film nümayiş olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan kinosu günləri” çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov Prezident İlham Əliyevin Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb.
Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev vətənpərvərlik mövzusunun təbliğindən bəhs edib. Nazirliyin əsas fəaliyyət istiqamətinin məhz Azərbaycanın qəhrəman oğulları haqqında sənədli filmlərin təbliği olduğunu deyən E.Əliyev Milli qəhrəmanlarımızdan bəhs edən 77 filmin çəkildiyini bildirib.
Sonra Rusiya imperiyasının Azərbaycan əsilli hərbi xadimi, tam süvari qoşun generalı Hüseyn xan Naxçıvanski haqqında film nümayiş olunub.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər