Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində görkəmli bəstəkar P.İ.Çaykovskinin yaradıcılığına həsr olunmuş konsert keçirilib. Tədbirdə məktəbin fortepino müəllimi Səbinə Həmidova bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Sonra şagirdlərdən Ülkər Hacıyevanın ifasında “Qədim fransız mahnısı”, Seyran Haşımzadənin ifasında “İspan rəqsi”, Dürdanə Mürsəliyevanın ifasında “Vals”, Elsevər Ağayevanın ifasında “Səs-küylü bale ortasında”, Fidan Balamiyevanın ifasında “Mazurka”, Ümid Heydərovun ifasında “Balaca qu quşlarının rəqsi”, Sevda Hüseynzadənin ifasında “At-at oyunu” və sairə əsərlər dinlənilib. Konsertin sonunda məktəbin direktoru Əziz Əzizov maraqlı çıxışlarına görə şagirdlərə təşəkkür edib, uğurlar arzulayıb. Bundan başqa, məktəbin bir neçə müəllim və şagirdləri Binəqədi rayonunda yerləşən “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı –Reinteqrasıya Mərkəzi”ndə olublar. Nəzəriyyə müəllimi Vüsalə Həşimovanın təşkilatçılığı ilə baş tutan tədbirdə uşaqlara Yeni il hədiyyələri alınıb, məktəbin şagirdlərinin ifasında mahnılar,rəqs nömrələri səslənib.
Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət məktəbinin şagirdi Yusif Əmiraslanlı Azərbaycan Dövlət Filarmoniyasında keçirilən xalq artisti, görkəmli bəstəkar Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş yubiley gecəsində uğurla çıxış edib. Qeyd edək ki, Yusif Əmiraslanlı ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respuiblika müsabiqəsinin laureatıdır.
Bakı Muğam Mərkəzində “Future Stars 2018” (“Gələcəyin ulduzları”) adlı IX Beynəlxalq Klassik Musiqi Festivalının müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib. Festivalda Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinin VII sinif şagirdi Cəmalə Əliyeva iştirak edərək uğurla çıxış edib. Bundan əlavə, Cəmalə Əliyeva Festival çərçivəsində Beynəlxalq müsabiqələr laureatı, Tbilisi dövlət konservatoriyasının professoru, Gürcüstanın əməkdar artisti Nino Kutatadzenin keçirdiyi master klassda iştirak edib.

Sumqayıt regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər