Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında 8 fevral Beynəlxalq Nənələr və Babalar günü münasibətilə tədbir keçirilib

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında 8 fevral Beynəlxalq Nənələr və Babalar günü münasibətilə tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında 8 fevral Beynəlxalq Nənələr və Babalar günü münasibətilə “Nənə-baba və baldan şirin nəvələr” adlı tədbir keçirilib.
Tədbir nənə və babaların uşaqlar üçün çəkdiyi əziyyəti qiymətləndirmək, onların diqqətdən kənarda qalmadığını göstərmək, eyni zamanda uşaqlara gələcəkdə də bu hörməti qoruyub saxlamağı aşılamaq məqsədilə keçirilib.
Tədbirdə bu günün yaranma tarixi, məqsədi, mahiyyəti haqqında məlumat verilib.
Sonra oxucular milli mənəvi dəyərləri, məişət əşyalarını özündə əks etdirən sərgi-guşə ilə tanış olub, “Qoğal” rus nağılının əsasında hazırlanan kukla tamaşası, “Nənə-babalarımızı niyə sevirik?” adlı videofilm izləyiblər.
Tədbir uşaqların təqdim etdiyi şən mahnılar, tapmacalar, rəqslər və kompozisiyalar ilə davam edib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında 8 fevral Beynəlxalq Nənələr və Babalar günü münasibətilə tədbir keçirilib

Oxşar xəbərlər