Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türk odası”nın yaradılmasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Türkiyə Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral, universitetin fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər. Tədbirdən öncə ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbir iştirakçıları ilə görüşüb. Görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, Türk araşdırmaları elmi-tədqiqat mərkəzinin elmi rəhbəri, professor Elman Quliyev iştirak ediblər.
Görüşdən sonra tədbir iştirakçıları “Türk odası”nı, Türk araşdırmaları elmi-tədqiqat mərkəzini, TÜRKSOY kafedrasını ziyarət ediblər. Sonra tədbir universitetin Heydər Əliyev məktəbinin lektoriyasında davam edib.
Tədbiri giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, bu gün universitetimizin həyatında gözəl bir gündür. Biz “Türk odası”nın yaradılmasının 15 illiyinə həsr olunmuş tədbir keçiririk. Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral ADPU-ya Türkiyə ilə təhsil sahəsində əlaqələrin genişləndirilməsinə yüksək səviyyədə dəstək verir. Bu dəstək həmçinin “Türk odası”nın fəaliyyətində də öz əksini tapır. ADPU-ya yüksək səviyyədə dəstək verdiyinə görə səfir Erkan Özorala təşəkkür edən rektor universitetin Türkiyə universitetləri ilə əlaqələrinin daha da genişlənməsindən məmnunluq duyduğunu bildirib.
“Türk odası”nın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə geniş məlumat verən rektor bildirib ki, 2004-cü ildə ADPU-da Türkiyə səfirliyi tərəfindən “Türk odası” yaradılıb. “Türk odası” ADPU-nun fəaliyyəti dövründə universitetdə yaradılmış ilk beynəlxalq qurumdur. “Türk odası”nın yaradılmasını zəruri edən başlıca səbəb, ilk növbədə, ADPU-da müstəqillik dövründə Türk xalqları ədəbiyyatı və mədəniyyətinin geniş şəkildə araşdırılması, tədrisi və təbliği sahəsində əldə olunmuş nailiyyətlərlə bağlıdır. Belə ki, 1996-cı ildən sonra Azərbaycan universitetlərinin Filologiya fakültələrində tədris planlarına yeni salınmış “Türk xalqları ədəbiyyatı” fənninin tədris proqramı, dərs vəsaiti və dərsliklərinin yazılmasında ADPU-nun göstərdiyi nəticələr digər universitetlərlə müqayisədə daha yüksək olmuşdur. Qürur hissi ilə qeyd etmək lazımdır ki, ADPU o zaman Türk dünyası ədəbiyyatı və mədəniyyəti problemlərinin araşdırılmasında elmi bir mərkəzə çevrilmişdir. Hazırda olduğu kimi, həmin dövrlərdə də əksər universitetlərdə “Türk xalqları ədəbiyyatı” fənninin tədrisi ADPU-nun tədris proqramı, dərs vəsaiti və dərsliklərinə uyğun aparılırdı. Təbii ki, daha böyük uğurlar qazanmaq üçün Türk xalqları ədəbiyyatı, geniş mənada isə Türk mədəniyyətinin təbliği ilə bağlı universitetdə yeni bir qurumun yaranmasına ehtiyac var idi. Bu məqsədlə professor Elman Quliyev tərəfindən ADPU-da “Türk odası” adlı bir qurumun yaradılması üçün Türkiyənin Azərbaycandakı o zamankı səfiri Əhməd Ünal Çeviközə edilmiş müraciət nəticəsiz qalmadı. Qısa zaman ərzində ADPU-da Türkiyə səfirliyi tərəfindən yaradılan “Türk odası” fəaliyyətə başladı. Qeyd edək ki, odanın bütün maddi-texniki təchizatı Türkiyə səfirliyi tərəfindən təmin edildi. “Türk odası”nın fəaliyyət proqramı hazırlanarkən Türkçülüyün təbliği, Türkiyə türk ədəbiyyatının təbliği, Türkiyə mədəniyyətinin təbliği, Türk dünyası ədəbiyyatı və mədəniyyətinin təbliği istiqamətləri hədəf kimi planlaşdırıldı.
Rektor vurğulayıb ki, “Türk odası”nın fəaliyyətinin səmərəsini artırmaq üçün, ilk növbədə, türkdilli dövlətlərin bir sıra elmi-mədəni qurumları, universitetləri, ictimai birlikləri və s. ilə əlaqələr quruldu. Bu gün “Türk odası” Türkiyənin Hacettəpə, Uludağ, Orxon Qazi, Mehmed Akif Ersoy, İstanbul Fen-Edebiyat, Ege və s. kimi nüfuzlu universitetləri ilə sıx əlaqədədir. Eyni zamanda Türk Ocaqlar Birliyi, Türk Dil Qurumu, TÜRKSOY, TİKA ilə yaradılmış əlaqələr “Türk odası”nın qarşıya qoyduğu məqsədlərə çatmasına böyük yardım edir. Həmin qurumlar tərəfindən təşkil olunmuş beynəlxalq konfranslara “Türk odası”nın dəvət edilməsi həm odanın, həm də universitetimizin yeni imic qazanmasına, beynəlxalq nüfuzunun artmasına və beynəlxalq aləmdə tanınmasına mühüm təsir göstərib. Türkiyə, Şimali Kipr, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və başqa türk dövlətlərində təşkil olunmuş elmi-kütləvi tədbirlərdə “Türk odası”nın mütəmadi şəkildə iştirakı həmin ölkələrdə bu quruma olan diqqət və marağı artırıb. Artıq “Türk odası” bu ölkələrdə elmi və mədəni qurum kimi tanınır. Türkiyə səfirliyinin və TİKA-nın “Türk odası”na xüsusi qayğısı vardır. Belə ki, 2004, 2007 və 2016-cı illərdə Türkiyə səfirliyinin və TİKA-nın birgə təşəbbüsü ilə “Türk odası”nın texniki avadanlıqlarla təchiz edilməsi hər iki qurumun, bütünlükdə isə Türkiyə dövlətinin ADPU-ya və onun nəzdində fəaliyyət göstərən “Türk odası”na olan diqqət və marağın təzahürüdür. “Türk odası”nda zəngin kitabxana yaradılıb. Türkiyənin Azərbaycandakı səfirliyinin, Türkiyənin Mədəniyyət Nazirliyinin və TİKA-nın birgə layihələri əsasında 2004-cü ildə 1000, 2007-ci ildə 500, 2018-ci ildə 350 kitabın “Türk odası”na pulsuz hədiyyə edilməsi “Türk odası” kitabxanasının zənginləşməsinə səbəb olub. “Türk odası” həmin kitabların daha geniş istifadəsini təmin etmək məqsədilə kitabların böyük əksəriyyətini ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə təqdim edib. “Türk odası” ADPU-da təhsil alan türkiyəli tələbələrlə də yaxından əlaqə saxlayır, bir sıra tədbirlərin keçirilməsində türkiyəli tələbələrlə birgə iş aparır.
Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral çıxışında tədbirdə iştirak etməsindən sevinc və qürur duyduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə geniş əlaqələr qurub. Bu əlaqələr elm, təhsil və mədəniyyət sahəsində daha sürətlə inkişaf edib. Böyük Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyib. Ulu öndər Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik”söyləyib.ADPU-da “Türk odası”nın fəaliyyət göstərməsi çox təqdirəlayiqdir. Bizim belə qurumlara ehtiyacımız var. Belə qurumlar bizim elm, təhsil və mədəniyyət sahəsindəki əlaqələrimizə böyük dəstək verir.
Tədbirdə “Türk odası” ilə bağlı slayd təqdim edilib.
Professor E.Quliyev “Türk odası”nın fəaliyyətinə göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə və səfir Erkan Özorala təşəkkür edib. “Türk odası”nın 15 ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edən professor E.Quliyevin hesabat məruzəsində “Türk odası”nın həyata keçirdiyi elmi-mədəni tədbirlər, görüşlər, qurduğu əlaqələr öz geniş əksini tapıb. “Türk odası”nın perspektivlərindən danışarkən professor E.Quliyev qeyd edib ki, biz daha böyük uğurlar qazanmaq naminə yeni layihələr üzərində işləyirik. Ümidvarıq ki, “Türk odası” bundan sonra da səmərəli fəaliyyəti ilə seçiləcək və doğma universitetimizə şöhrət gətirəcəkdir.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi