Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib

Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib.
Festivalda məktəbin uşaq xalq çalğı alətləri orkestrinin ifasında S.Rüstəmovun “Sumqayıt”, E.Sabitoğlunun “Azərbaycan” və “Heydər Əliyev -95” Respublikası müsabiqəsinin qalibi olmuş məktəbin məzunu Nərmin Mirzəyevanın ifasında “Heyratı” zərb muğamı, VIII və IX Respublika müsabiqəsinin qalibi olmuş məktəbin uşaq xor kollektivi, “Nağaraçılar ansamblı”, “Ümid” rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.
O cümlədən, məktəbin skripka üzrə VI sinif şagirdi Elcan Manaflının ifasında Ü.Hacıbəylinin “Sevgili canan”, fleyta ixtisası üzrə I sinif şagirdi Sevil Seyidovanın ifasında S.Rüstəmovun “Alagöz”, klarnet ixtisası üzrə III sinif şagirdi Azər Əliyevin ifasında Montinin “Çardaş”, saz üzrə II sinif şagirdi Cavad Kərimovun ıfasında “Ruhani” saz havası, vokal üzrə V sinif şagirdi Mədinə Baloğlanzadənin ifasında F.Əmirovun ”Sevil” operasından ”Dilbərin ariyası”, tar ixtisası üzrə V sinif şagirdi Orxan Həsənxanovun ifasında H.Vəkilovun “Şıdırığı” əsərləri maraqla dinlənilib.
Sonda festival iştirakçıları məktəbin rəsm şöbəsi şagirdlərinin Sumqayıtın 70 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilibSumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilibSumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilibSumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilibSumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib

Oxşar xəbərlər