
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək görkəmli alim Afad Qurbanovun mənalı ömür yolundan, geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Vurğulanıb ki, Afad Qurbanovun dilçilik elminin inkişaf etdirilməsində mühüm xidmətləri olub.
Təhsil nazirinin müavini İdris İsayev görkəmli alim Afad Qurbanovun Azərbaycan elm və təhsilinin inkişafındakı rolundan bəhs edib.
Çıxış edən digər alimlər də Afad Qurbanovun elmə və təhsilə verdiyi töhfələrdən, əsərlərinin əhəmiyyətindən bəhs edib, onun xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.
Sonra “Afad Qurbanov və dilçilik elminin inkişafı” və digər mövzularda məruzələr dinlənilib.
Tehsil-press.az