“EduExpo” sərgisi çərçivəsində BP şirkəti “Mühəndislikdə müxtəliflik” mövzusunda təqdimat keçirib

“EduExpo” sərgisi çərçivəsində BP şirkəti “Mühəndislikdə müxtəliflik” mövzusunda təqdimat keçirib Oktyabrın 11-də 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi - “EduExpo” çərçivəsində BP şirkəti “Mühəndislikdə müxtəliflik” mövzusunda təqdimat keçirib.
Məktəblilərin və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan BP şirkətinin mühəndis-texnoloqu Əli Novruzov “Mühəndislikdə gender balansı və müxtəliflik” mövzusunda danışıb. Onun sözlərinə görə, mühəndislik təbiət elmləri biliklərini praktikada tətbiq etmək sənətidir.
BP şirkətinin modernləşmə və transformasiya üzrə rəhbəri Rəşad Bayramov “BP, insanlar və bərabərlik” mövzusunda təqdimatla çıxış edib. O, BP şirkətinin fəaliyyəti haqqında məlumat verib, karyerada uğur qazanmağın yollarından, özünəinamlı olmaqdan söz açıb.
Şirkətin əməkdaşları Anar Vəliyev, Esmira Qüdrətova, Elxanə İsmayılova müxtəlif mövzularda təqdimatlar edib, iştirakçılarla öz uğur hekayələrini bölüşüblər.
İnteraktiv şəkildə keçirilən tədbirdə şagirdlər və tələbələr fəal iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər