Sumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilib

Sumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilib Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilib.
Sumqayıtın 70 illiyinə həsr olunmuş konsert Sumqayıt Dövlət Dram Teatrında baş tutub.
Konsertdə Xalq artisti Azər Zeynalovun ifasında “Şükriyyə” (E.Sabitoğlu), “Sumqayıt” (M.Əhmədova), Əməkdar Artistlər Nərgiz Kərimovanın ifasında “Arzu” (Niyazi), La Spagnola (V, di Chiara), Sahib Paşazadənin ifasında “Cahargah rapsodiyası” (H.Rzayev), Anar Şuşalının ifasında “Sevgili canan” (Ü.Hacıbəyov), “Sumqayıt” (S.Rüstəmov), Beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlının ifasında “İlin fəsilləri” konsertindən yay (A.Vivaldi), Nicat Məsimovun balabanda ifasında “Mən Səni araram” (F.Əmirov), Fuad Əlizadənin ifasında “Dəniz” (F.Bədəlbəyli), “Azərbaycan” (M.Maqomayev), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər kamera Orkestrinin ifasında “Cəngi” (A.Əlizadə), “Qaytağı” (Niyazi), “1001 gecə” baletindən Şəhrizadın bayramı və s. əsərlər tamaşaçılar tərəfindən maraqla dinlənilib və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Konsertin bədii rəhbəri Azərbaycan və SSRİ xalq artisti, Üzeyir hacıbəyli adına Bakı Musiqi Akademiyasının rəhbəri, professor Fərhad Bədəlbəyli, dirijor Orxan Həşimov, direktor Azərbaycan Respublikasının xalq artisti, BMA-nın prorektoru Yeganə Axundovadır.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilibSumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilibSumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilibSumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilibSumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilibSumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilibSumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilibSumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilib
Sumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilibSumqayıtda Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilib


Oxşar xəbərlər