“TGT Ailəmiz” - ADPU-nun Tələbə Gənclər Təşkilatı birinci tədris ili tələbələri üçün tanışlıq tədbiri keçirib

“TGT Ailəmiz” - ADPU-nun Tələbə Gənclər Təşkilatı birinci tədris ili tələbələri üçün tanışlıq tədbiri keçirib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əsas tədris binasının böyük akt zalında ADPU Tələbə Gənclər Təşkilatı (ADPU TGT) yeni qəbul olunmuş tələbələr üçün tanışlıq tədbiri keçirib. Bədii kompazisiya şəklində qurulan tədbirdə prorektorlar, professor Fikrət Rzayev və professor Asəf Zamanov, Kimya fakültəsinin dekanı, dosent Elnarə Mehbalıyeva, rektorun müşaviri Ümid Mehdiyev, Tədbirlərin təşkili və tələblərlə iş şöbəsinin müdiri Turan Kərimli, o cümlədən universitetin 9 fakültəsində təhsil alan 500-dək tələbəsi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Avrasiya Universitetinin, Azərbaycan Dövlət Dəniz Akademiyası və Bakı 1 saylı Baza Tibb Kollecinin TGT sədrləri və fəalları iştirak edib.
Açılış nitqi ilə çıxış edən Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev Tələbə Gənclər Təşkilatının hər bir gənc tələbənin formalaşmasında müstəsna rol oynadığını bildirib. O qeyd edib ki, bu baxımdan ADPU TGT ölkədə sözünü demiş köklü bir təşkilatdır və tələbələr məhz ADPU-nun TGT-nə üzv olmaqla bir addım öndə olurlar.
Tədbir boyu tələbələrin və vaxtilə TGT üzvü olmuş uğurlu gənclərimizin ADPU TGT haqda fikirlərindən və TGT-nin liderlik məktəbi kimi müxtəlif ən böyük tədbirlərindən görüntülərin əks olunduğu videoçarxlar nümayiş olunub, “TGT-də yardımlaşma”, “Müəllim və tələbələr pantonimi” adlı səhnəciklər göstərilib. Fizika və Məktəbəqədər fakültələrinin tələbələrindən ibarət qrupların ifasında “Vokalizm” və papuri-milli rəqs kombinasiyası nümayiş olunub.
Daha sonra universitetin istedadlı tələbələrindən Nəzrin İbrahimovanın ifasında “Azərbaycan” mahnısı səslənib.
Tədbirin qonağı, müğənni Rəhim Məcidin ifasının sədaları altında TGT üzvlərinin iştirakçılara və qonaqlara içərisində xoş diləklər qeyd olunmuş sinvolik hədiyyə qutucuqları paylaması maraqla qarşılanıb.
Professor Fikrət Rzayevin təklifi ilə sonda həmrəylik rəmzi kimi musiqisiz, 500-dən çox tələbənin Azərbaycan Himnini ifa etməsi isə tədbirin ən təsirli anı olub.

Taleh MİRZƏYEV
ADPU


“TGT Ailəmiz” - ADPU-nun Tələbə Gənclər Təşkilatı birinci tədris ili tələbələri üçün tanışlıq tədbiri keçirib“TGT Ailəmiz” - ADPU-nun Tələbə Gənclər Təşkilatı birinci tədris ili tələbələri üçün tanışlıq tədbiri keçirib“TGT Ailəmiz” - ADPU-nun Tələbə Gənclər Təşkilatı birinci tədris ili tələbələri üçün tanışlıq tədbiri keçirib“TGT Ailəmiz” - ADPU-nun Tələbə Gənclər Təşkilatı birinci tədris ili tələbələri üçün tanışlıq tədbiri keçirib“TGT Ailəmiz” - ADPU-nun Tələbə Gənclər Təşkilatı birinci tədris ili tələbələri üçün tanışlıq tədbiri keçirib“TGT Ailəmiz” - ADPU-nun Tələbə Gənclər Təşkilatı birinci tədris ili tələbələri üçün tanışlıq tədbiri keçirib

Oxşar xəbərlər