Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bayram konserti

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bayram konserti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə rektor Mustafa Babanlı əlamətdar günlər münasibətilə universitetin əməkdaşlarını və tələbələrini təbrik edib.
2019-cu ildə universitetdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən danışan rektor qarşıdan gələn yeni ildə təhsil müəssisəsinin kollektivinə uğurlar arzulayıb.
Sonra ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblı və tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər