Azərbaycan Texniki Universiteti daha bir ilkə imza atıb

Azərbaycan Texniki Universiteti daha bir ilkə imza atıb Azərbaycan Texniki Universiteti (AzTU) daha bir ilkə imza atıb.
2020/2021-ci tədris ili üzrə universitetə qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı onlayn formada aparılacaq. Bunun üçün abituriyentlər AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan müvafiq bölmədə qeydiyyatdan keçəcək. Qeydiyyatdan keçmiş abituriyent üçün “Şəxsi kabinet” açılacaq və sənədlərin onlayn formada universitetə təqdim edilməsi təmin olunacaq.
Qeyd edək ki, sistem ixtisas seçimi bitdikdən sonra fəaliyyətə başlayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər