Bakı Slavyan Universiteti “Heydər Əliyev və uzaqgörən siyasəti” mövzusunda esse müsabiqəsi keçirir

Bakı Slavyan Universiteti “Heydər Əliyev və uzaqgörən siyasəti” mövzusunda esse müsabiqəsi keçirir Bakı Slavyan Universitetinin (BSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş esse müsabiqəsi keçirir.
Müsabiqə Ulu Öndərin zəngin ictimai-siyasi fəaliyyətinin tələbə-gənclər arasında təbliğinə xidmət edir.
Müsabiqədə ən dolğun yazılan esselər seçiləcək və I, II və III yerlərə layiq görüləcək.
Essenin şrifti 14, intervalı 1,5 olmalı, “Microsoft Word”də, maksimum 2 səhifə həcmində, “Times New Roman” şrifti ilə yazılmalıdır. Esselər dekabrın 21-dək [email protected] ünvanına göndərilməlidir. Qalib gələn müəlliflər sertifikatlarla təltif olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər