
Təqdim olunan 2021-ci ilin ilk sayı isə vətənpərvərlik, Vətən Müharibəsi Zəfəri, universitet yenilikləri, metodiki, bədii-publisistik, müsahibə yazıları ilə yanaşı ADPU üçün 2020-ci ilin icmalını əhatə edən 16 səhifəlik həcmdə dərc olunub. O cümlədən bu sayda diqqəti cəlb edən yeniliklərdən "Zəfəri inşa edən MÜƏLLİMLƏRİMİZ - ADPU-nun Şəhidləri", "Məşhur Məzunlarımız", "Şəhid müəllimin gələcəyin müəllimi olacaq qızı ilə müsahibə", "Qarabağ Zəfəri", "İctimai həyat - tələbə təşkilatlarının fəaliyyəti" və s. sərlövhəli səhifələri göstərmək olar.
Qəzetin Müşahidə Şurasının sədri ADPU-nun rektoru, professor Cəfər Cəfərov, üzvləri dosent Eldar Aslanov, professor Asəf Zamanov, professor Fikrət Rzayev və Tural Cəlilovdur.
Yeni redaksiya heyəti aşağıdakı tərkibdədir:
Cavid Hüseynov - redaktor, Taleh Mirzəyev - redaktor, Asim İbrahimov - redaktor, Elvin Vahidov - dizayner.
Qeyd edək ki, həm də fevral ayının 1-də 1958-ci ildən yayımlanan "Gənc Müəllim"in fəaliyyətinin 63-cü ili tamam olur. 2010-cu ildən Azərbaycan Mətbuat Şurasının üzvü olan qəzetin keçdiyi zəngin inkişaf yolunda bir çox tanınmış simalar ona redaktorluq etmişlər. Bunlar içərisində müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin 1966-1969-cu illərdə qəzetin ilk redaktorlarından olmasını göstərmək olar.
Tehsil-press.az