UNEC-in tələbəsi “Gənc iş adamı” mükafatına layiq görülüb

UNEC-in tələbəsi “Gənc iş adamı” mükafatına layiq görülüb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin I kurs tələbəsi Aydın Hüseynov Türkiyənin Gənc Liderlər Buluşması Dərnəyinin təsis etdiyi “Türkiyə zirvə ödülləri 2021” layihəsi tərəfindən “Gənc iş adamı” mükafatına layiq görülüb.
Tələbə reklam sahəsi üzrə biznes fəaliyyətindəki uğuruna görə mükafatla təltif edilib. O, şəxsi bizneslə yanaşı, özəl şirkətdə icraçı kimi də fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər