Azərbaycan aliminə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin “Təşəkkür məktubu” təqdim edilib

Azərbaycan aliminə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin “Təşəkkür məktubu” təqdim edilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, ADPU-nun “Türk Araşdırmaları Elmi-Tədqiqat Mərkəzi”nin rəhbəri Elman Quliyev qazax ədəbiyyatı və mədəniyyətinin tədqiqi və təbliğindəki xidmətlərinə görə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin “Təşəkkür məktubu” ilə təltif edilib.
Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyində keçirilən mərasimdə səfir Serjan Abdıkarimov “Təşəkkür məktubu”nu professor Elman Quliyevə təqdim edib.
Qeyd edək ki, Elman Quliyev türk dünyasına dair tədqiqatları ilə seçilir. 2020-ci ildə TÜRKSOY-un elan etdiyi “Abay ili” çərçivəsində professorun bu təşkilatın sifarişi ilə ərsəyə gətirdiyi və Ankarada nəşr olunaraq türk dünyasında yayımlanan “Abay Kunanbayev” kitabında ədibin həyatı, yaradıcılığı geniş aspektdə tədqiqata cəlb edilib. Professor əldə etdiyi nəticələrə və beynəlxalq səviyyədə məruzə və çıxışlarına görə həmçinin TÜRKSOY-un “Abay 175 il” medalı ilə təltif olunub.

Tehsil-press.az


Oxşar xəbərlər