Fransada kilsədə yanğın - Video

Fransada kilsədə yanğın - Video Fransanın Lil şəhərində müqəddəs Pyotr və Pavel kilsəsində yanğın olub.
Bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen bildirib.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
Yerli “La Voix du Nord” nəşrinin məlumatına görə, yanğın mayın 3-ü yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə saat 22:00-red.) başlayıb. Onun söndürülməsi üçün 60-dan çox canlı qüvvə, 3 yanğınsöndürən maşın cəlb olunub.
Qeyd edək ki, Lildəki kilsənin əsası 1854-cü ildə keçmiş kərpic zavodunun ərazisində qoyulub, inşası 1857-ci ildə başa çatıb. Tikilinin memarı Pyer Kaloandır.

Tehsil-press.az


Oxşar xəbərlər