Peyvənd növbələri ilə bağlı nazirlikdən açıqlama

Peyvənd növbələri ilə bağlı nazirlikdən açıqlama Sosial şəbəkələrdə poliklinikalarda koronavirus əleyhinə vaksinasiya üçün müraciət edən şəxslərin sıxlıq yaratması ilə bağlı məlumatlar yayılıb. Sözügedən müəssisələrdə karantin qaydalarının pozulduğu, sosial məsafə tələbinə riayət olunmadığı bildirilir.
Səhiyyə Nazirliyi poliklinikalardakı sıxlığa aydınlıq gətirib. Operativ Qərargahın sonuncu brifinqindən sonra məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb. Problemlərdən biri də odur ki, məntəqələrə müraciət edənlərin 90 faizi qeydiyyatdan keçmədən gəlir:
“Onların qeydiyyata alınması müəyyən vaxt alır. Bu da onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur, çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil olmasına etiraz edirlər.
Bilirsiniz ki, poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır, bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır.
Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır”.
Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə 1 saylı Kliniki Tibbi Mərkəzin qarşısında peyvənd olunmaq üçün gələn şəxslərin izdiham yaratması ilə bağlı görüntülər yayılmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər