ABŞ Prezidenti Cozef Bayden iyulun 26-sı İraqın baş naziri Mustafa əl-Kazımi ilə görüşəcək. Görüş ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək. Bildirilir ki, görüşün keçiriləcəyi barədə məlumatı Vaşinqton administrasiyasının nümayəndəsi təsdiq edib. Lakin Ağ Evin məbuat xidməti bu barədə açıqlama verməyib.