Kaliforniyada 200 min hektar meşə yanıb

Kaliforniyada 200 min hektar meşə yanıb ABŞ-ın Kaliforniya ştatındakı yanğınlarda məhv olan meşəlik ərazi 200 min hektara çatıb.
“Dixie” adı verilən yanğının hələlik sadəcə beşdə biri nəzarətə götürülüb.
Kaliforniya tarixindəki ikinci ən böyük yanğın olaraq tarixə keçən fəlakətdə sevindirici yenilik isə bölgənin üzərindəki qalın dumanın çəkilməsi və havanın yanğınsöndürmə təyyarələrinin istifadəsinə münasib hala gəlməsi olub.
Qeyd edək ki, yanğında Qrinvill şəhəri yanaraq külə dönmüşdü.

Tehsil-press.az

Oxşar xəbərlər