“Maşa və Ayı”nın Azərbaycan buraxılışı - Video

“Maşa və Ayı”nın Azərbaycan buraxılışı - Video Rusiya istehsalı olan məşhur cizgi filminin son buraxılışında Azərbaycandan bəhs edilib.
“Maşa və Ayı” ekran işinin sözügedən bölümü Azərbaycanın “Cırtdan” xalq nağılı əsasında hazırlanıb.
Cizgi filmində Azərbaycanın milli mətbəxində olan təndir çörəyi, paxlava, şəkərbura, dolma göstərilib, o cümlədən məşhur “Cücələrim” mahnısı da səsləndirilib.
Həmin görüntülər yutubda 5 saata 100 minə yaxın baxış toplayıb.



Tehsil-press.az


Oxşar xəbərlər