AzMİU-nun müəllimi beynəlxalq müsabiqədə ilk üçlükdə yer alıb

AzMİU-nun müəllimi beynəlxalq müsabiqədə ilk üçlükdə yer alıb Alman-Azərbaycan Xarici Ticarət Palatası Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyilə Bakıda “Start.Up! Germany Pitch Event 2021” müsabiqəsini təşkil edib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi Ramin Əkbərovun təsis etdiyi “Drop by Drop” startapı müsabiqənin ən yaxşı ilk üçlüyündə yer alıb.
R.Əkbərov 2021-ci ilin noyabr ayında keçiriləcək tədbirdə öz innovativ biznes ideyalarını alman korporasiyaları və beynəlxalq şirkətlərə təqdim etmək imkanı qazanıb. Eləcə də layihəyə Alman–Azərbaycan Xarici Ticarət Palatasına birillik üzvlük əldə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər