BDU-da yoluxmaya görə 2 qrup distant təhsilə keçdi

BDU-da yoluxmaya görə 2 qrup distant təhsilə keçdi Bakı Dövlət Universitetinin 2 qrupunda da dərslər distant formada davam etdiriləcək.
Bu barədə universitetin mətbuat katibi Günel Orucəliyeva məlumat verib.
Ona görə, Bakı Dövlət Universitetinin SABAH qruplarından olan 2 qrupda COVID-19 virusu aşkarlanıb. Həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr arasında yoluxma faktı qeydə alınmışdı və qruplar distant təhsilə keçirilmişdilər.

Tehsil-press.az

Oxşar xəbərlər