BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda

BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda Bakı Dövlət Universitetinin (BDU) Sənaye Kimyası və Mikrobiologiya və Virusologiya elmi-tədqiqat laboratoriyalarının əməkdaşları Ələkbər Hüseynzadə, Ülviyyə Həsənova, Aygün İsrayılovanın həmmüəllif olduqları “9-fenantrenkarboksialdehid əsasında tiodihidropirimidin törəməsinin sintezi, kristal quruluşu, Hirşfeld səth, in siliko və antibakterial tədqiqatları” adlı məqalə impakt faktorlu “Journal of Molecular Structure” jurnalında (İF=3.196, Q3) yer alıb.
Tədqiqat işi 9-fenantrenkarboksialdehid əsasında yeni dihidropirimidinin Bijinelli reaksiyası şəraitində sintezi və onun bioloji aktivliyinin tədqiqinə həsr edilib. Birləşmənin quruluşu Nüvə Maqnit Rezonans (NMR) və kütlə-spektroskopiya (mass) üsulları ilə tədqiq olunub.

Tehsil-press.az



Oxşar xəbərlər