BSU-da “Horizon” proqramı ilə bağlı məlumatlandırma günü təşkil olunub

BSU-da “Horizon” proqramı ilə bağlı məlumatlandırma günü təşkil olunub Bakı Slavyan Universitetində (BSU) Avropa İttifaqının “Horizon” proqramı ilə bağlı məlumatlandırma günü təşkil olunub.
Tədbiri açan BSU-nun rektoru Anar Nağıyev hazırda ali təhsil müəssisələrində tədqiqatların inkişaf etdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən davamlı dəstəyin olduğunu, Avropa İttifaqının tədqiqatın dəstəklənməsi istiqamətində olan fərqli mexanizmləri üzrə tədqiqatçıların həm fərdi, həm də birgə maliyyə mexanizmlərinə müraciət etmələri üçün geniş imkanların mövcud olduğunu deyib.
Rektor BSU-nun bu tədbirin təşkili ilə ali təhsil müəssisələri arasında ortaq elmi-akademik mübadilə və müzakirələrə imkan yaratdığını deyib. O, tədbirin aktiv elmi tədqiqatlarda öz sözünü demiş tədqiqatçıların digər əməkdaşlarla tanışlıq və əlaqə üçün effektiv rol oynacağına inamını ifadə edib. Anar Nağıyev BSU-da belə tədbir və infosessiyaların davamlı şəkildə keçiriləcəyini vurğulayıb.
Təhsil nazirinin müşaviri Nicat Məmmədli tədqiqat sahəsinin bu gün dünyada ən vacib sahələrdən biri olduğunu bildirib. O, həmçinin bu istiqamət üzrə görülməli olan işlərdən danışıb. Nicat Məmmədli beynəlxalq layihələrdə iştirakın əhəmiyyətindən söz açaraq, “Horizon” proqramının universitetlər, həmçinin tədqiqatçılar üçün yaratdığı imkanlara diqqət çəkib.
Sonra tədbirdə “Horizon” proqramı, onun strukturu və mümkün maliyyələşdirmə imkanları haqqında ətraflı məlumat təqdim olunub.
Məlumatlandırma günündə Esmira Əlirzayeva “Milli Əlaqələndiricilər Şəbəkəsi”, Tofiq Babayev “Horizon” üzrə perspektivlər”, İlham Hümbətov “COST Action” üzrə imkanlar”, Nicat Məmmədli “Mariya Sklodovskaya-Küri Action” üzrə imkanlar”, Elşən Əhmədov “İnklüziv cəmiyyət istiqaməti üzrə çağırışlar”, Elmar Rəsulov “Mədəniyyət və yaradıcılıq istiqaməti üzrə çağırışlar|”, Fərid Seyfullayev “Ərzaq, bioiqtisadiyyat, təbii ehtiyatlar, kənd təsərrüfatı və ətraf mühit klasteri üzrə çağırışlar” mövzularında məruzə və təqdimatlarla çıxış ediblər.
Tədbirdə Azərbaycan Pedaqoji Universitetinin və BSU-nun ümumilikdə 60-dan çox əməkdaşı iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər