Xəzər Universitetinin tələbələri Mərkəzi Bankın maliyyə savadlılığı kurslarını müvəffəqiyyətlə bitiriblər

Xəzər Universitetinin tələbələri Mərkəzi Bankın maliyyə savadlılığı kurslarını müvəffəqiyyətlə bitiriblər Bu ilin yaz semestrində Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsində “Karyera planlaması” kursunun tələbələri maliyyə savadlılıqlarını inkişaf etdirmək məqsədilə Azərbaycan Mərkəzi Bankının virtual təhsil platformasından (edu.e-cbar.az) “Maliyyə savadlılığı: strategiya, tədris, təhlil”, “Sığortaya giriş”, “İzafi borclanma” və “Uşaqlar və pullar” kurslarını müvəffəqiyyətlə bitiriblər.
Bu kurslara tələbələrin cəlb edilməsində məqsəd onlara pul qazanmağa başlamazdan əvvəl düzgün pul xərcləməyi öyrətmək olub.
Tələbələrə, həmçinin uğurlu karyera üçün akademik biliklərlə yanaşı, onların yazılı və şifahi kommunikasiya, komandada işləmək, təqdimat, informasiya texnologiyaları və sair bu kimi bacarıqlara malik olmalarının vacibliyi aşılanıb. Bundan başqa, tələbələr iş və şəxsi həyat üçün zəruri olan pozitivlik strategiyaları, habelə emosional zəkanı inkişaf etdirəcək vasitələrlə tanış olublar.

Tehsil-press.az



Oxşar xəbərlər