ABŞ ordusunda 7 ilə 3400-dən çox intihar

ABŞ ordusunda 7 ilə 3400-dən çox intihar 2015-ci ilin əvvəlindən ABŞ ordusunun 3400-dən çox əsgəri intihar edib.
Bu rəqəm ABŞ-ın Əfqanıstanda 20 illik hərbi əməliyyatlarda itirdiyi canlı qüvvəsindən təxminən 1000 nəfər çoxdur.
O da bildirilib ki, 2022-ci ilin əvvəlindən ABŞ ordusunda 72 intihar hadisəsi qeydə alınıb. .
Hərbçilər arasında intiharın qarşısını almaq üçün Senat Pentaqonun əsgər və zabitlərin psixi sağlamlığının monitorinqi, habelə şəxsi heyət haqqında məlumatların təhlili yolu ilə hərbçilər arasında intihar cəhdlərinə nəzarət etməsini tələb edən qanun hazırlayıb.
Daha əvvəl bildirilib ki, 2017-ci ildən təmirdə olan Corc Vaşinqton təyyarədaşıyan gəmisinin dənizçiləri və zabitləri intihar dalğasına görə dindirilib.
2022-ci ilin aprelində bu gəminin üç ekipaj üzvü intihar edib. Və son bir il ərzində təyyarədaşıyan gəminin ekipajından yeddi nəfər, o cümlədən dördü intihar edib. Komandanlıq bunun səbəbini təyyarədaşıyan gəmidə yaşamağa məcbur olan dənizçilərin qeyri-sabit həyatında görüb.

Tehsil-press.az


Oxşar xəbərlər