AzMİU-nun tələbələri Mərkəzi Bankda “Maliyyə savadlılığı” mövzusunda təlimə cəlb olunublar

AzMİU-nun tələbələri Mərkəzi Bankda “Maliyyə savadlılığı” mövzusunda təlimə cəlb olunublar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə Mərkəzi Bankda tələbələr üçün “Maliyyə savadlılığı” mövzusunda təlim keçirilib.
Bankın əməkdaşları – Aytən Hacıyeva və Ülfət Yusifov, Vəkillər Kollegiyasının üzvü Pərviz Hüseynov tələbələr üçün “Əmanətlərin sığortalanması” və “Rəqəmsal ödənişlərin üstünlükləri” mövzularında məruzə ediblər. Təlimdə mövzular ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Nəzərə çatdıraq ki, təlimdə iştirak edən tələbələr üçün Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) yer alan dörd distant kurs üzrə müsabiqə elan olunub. Müsabiqənin şərtləri barədə iştirakçılara məlumat verilib. Müsabiqə “Uşaqlar və pullar”, “Sığortaya giriş”, “Bankçılıq və rəqəmsal ödənişlər”, “İzafi borclanma: problemlər və tövsiyələr” adlı kursları əhatə edir.
Müsabiqədə dörd distant kurs üzrə orta nəticəsinə görə qalib gələcək 5 və fərqlənəcək 5 tələbəyə qiymətli hədiyyələr veriləcək, o cümlədən kursları uğurla tamamlamış bütün tələbələrə sertifikatlar təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər