İngiltərə Bankı üzərində Böyük Britaniya kralı III Çarlzın təsviri olan yeni banknotların dizaynını təqdim edib.
Bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 5, 10, 20 və 50 funt sterlinqlərin ön hissəsində kralın təsviri yer alacaq. Lakin qeyd olunur ki, yeni pul vəsaitlərinin dizaynı əvvəlkindən başqa hansısa detala görə fərqlənmir.
Bildirilir ki, üzərində cari il sentyabrın 8-i dünyasını dəyişən kraliça II Elizabetin təsvirinin olduğu pullar da dövriyyədə qalacaq. Bank sözügedən pulları köhnəldikcə dövriyyədən çıxaracaq.
İngiltərə Bankının rəhbəri Endryu Beylinin sözlərinə görə, kral Çarlz bankın vəsaitlərində təsviri olan ikinci monarx olacaq. Sözügedən banknotlar isə 2024-cü ilin ortalarında dövriyyəyə buraxılacaq.
Qeyd edək ki, II Elizabetin portreti ilk dəfə 1960-cı ildə Britaniya pulları üzərində həkk olunub.
Tehsil-press.az