AzTU-da bəzi ixtisaslar beynəlxalq sertifikasiya proqramlarına uyğunlaşdırılacaq

AzTU-da bəzi ixtisaslar beynəlxalq sertifikasiya proqramlarına uyğunlaşdırılacaq Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının iclası keçirilib.
İclasda təhsilalanların biliyinin qiymətləndirilməsi üzrə apellyasiya müraciətlərinin qəbulu və baxılması qaydalarında müvafiq düzəlişlərin edilməsi məsələsi müzakirə olunub. Bundan başqa, AzTU-da sənaye ehtiyacları üçün ömürboyu təhsil üzrə tədrisin təşkili və bəzi ixtisaslar üzrə tədris proqramlarının beynəlxalq sertifikasiya proqramlarına uyğunlaşdırılması ilə bağlı qərar qəbul olunub.
İclasda, həmçinin müəllim və tələbələrin Türkiyəyə təcrübə mübadiləsinə göndərilməsi ilə bağlı məsələ də müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər