ADNSU: 72 tələbə imtahanlarda iştirak etməyib

ADNSU: 72 tələbə imtahanlarda iştirak etməyib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Bu günədək imtahanlarda 11 min 521 nəfər tələbə iştirak edib. Onlardan 538-i qeyri-kafi, 3 min 230-u qənaətbəxş, 2 min 45-i kafi, 2 min 86-sı yaxşı, 1478-i çox yaxşı, 2 min 55-i əla qiymətlər alıb. 72 tələbə imtahanlarda iştirak etməyib, 16 nəfər isə imtahanlardan çıxarılıb.
Tədris ilinin imtahan sessiyasında 14 min 488 bakalavr və 2 min 704 magistrant iştirak edəcək.
ADNSU-da imtahan sessiyasının müvafiq qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. İmtahan Müşahidə Mərkəzi tərəfindən imtahan prosesinə nəzarət olunur.
İmtahanlar iki formada (yazılı, yazılı-şifahi) keçirilir. İmtahan cavabları kodlaşdırılır və yoxlandıqdan sonra nəticələr 24 saat ərzində elektron universitetdə (Unibook) yerləşdirilir. Universitetdə imtahan sessiyası qiyabi şöbədə dekabrın 26-dan, əyani şöbədə isə yanvarın 5-dən başlayıb. İmtahandan qeyri-kafi qiymət alan tələbələr (yalnız 2 fəndən kəsir imtahanı üzrə) fevralın 3-dən 15-nə kimi 25 faiz ödənişlə təkrar imtahan verə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər