Polimer Materialları İnstitutu Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım edib

Polimer Materialları İnstitutu Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım edib Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Türkiyədə təbii fəlakət qurbanlarının xatirəsi anılıb.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov bildirib ki, Türkiyədə baş verən zəlzələ nəticəsində çoxlu sayda insan itkisi olub. Bu hadisə bizi çox sarsıdıb. Zəlzələdən zərərçəkən insanlara kömək etmək bizim borcumuzdur.
İnstitutun kollektivi “Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyasına qoşularaq 6160 AZN ianə edib.

Tehsil-press.az

Oxşar xəbərlər