
“Ph.D. Tracks” proqramı 5 illikdir, ilk 2 il magistratura təhsilini, digər 3 il isə doktorantura təhsilini əhatə edir. Proqram tam təqaüdlüdür, Fransada və ya xaricdə dünya səviyyəli tədqiqatçı olmağı arzulayan yüksək bacarıqlı tələbələr üçün nəzərdə tutulub.
Vəfa Babanlı hazırda UFAZ-ın 4-cü kurs tələbəsi kimi Fransanın Şarl Sadron Universitetində istehsalat təcrübəsi keçir. “Müraciət prosesi asan deyildi. Lazımi sənədləri göndərdikdən sonra müsahibə mərhələsinə seçildim. Müsahibə üçün özüm və universitet tərəfindən mənə göndərilən məqalələrdən biri haqqında təqdimat hazırlamalı və üzərində işləyib inkişaf etdirmək istədiyim bir layihə təklif etməli idim. Qəbul olunmağımla bağlı xəbəri görəndə çox sevindim. Magistr tədqiqatım “İnteqrativ kimya və innovasiya” mövzusunda olacaq. Ondan sonra doktorantura pilləsində təhsilimi davam etdirəcəyəm. Bütün bunlarla yanaşı, UFAZ müəllim və professorlarına belə rəqabətli proqrama seçilmək üçün lazımi bilikləri verdiklərinə görə minnətdaram”.
Tehsil-press.az