
İnzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov “UNEC günü” münasibətilə universitet rəhbərliyi adından müəllim, tələbə və əməkdaşları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra UNEC-in həyatında fəal iştirak edən müəllim və tələbələr təşəkkürnamələrlə təltif olunub. “Casio” şirkəti tərəfindən universitetin sosial-ictimai həyatında fərqlənən əməkdaşlarına isə hədiyyələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Tehsil-press.az