Nəyə görə Masallının təhsil müdiri Qoşqar Hətəmov Müəllimlər Günündə təbrik edilməyi haqq etməyib

Nəyə görə Masallının təhsil müdiri Qoşqar Hətəmov Müəllimlər Günündə təbrik edilməyi haqq etməyib 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Milli, mədəni dəyərlərin formalaşmasında, gələcəyimizin işıqlı sabahlara açılmasında müəllimlərin rolu böyükdür. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı döyüşüb. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ancaq tərəqqipərvər Masallı vətəndaşları hesab edirlər ki, müqəddəs peşə sahiblərinə ünvanlanan təbrikdən pay ummağı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov haqq etməyib. Məsələ burasıdır ki, ixtisasca coğrafiya müəllimi olan Qoşqar Hətəmova orta məktəbdə haqq etmədiyi yüksək qiyməti doğma Eminli kənd orta məktəbində onun coğrafiya müəllimi olmuş atası Həmzəli Hətəmov özü yazıb. Sonradan necə oldusa, ali təhsilini başa vurduqdan sonra Qoşqar Hətəmov başqa yerə deyil, məhz Eminli kənd məktəbinə, atasının yerinə coğrafiya müəllimi vəzifəsinə təyinat aldı.
2011-ci ildə Masallı Rayon Təhsil şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin edilən Qoşqar Hətəmov üzvü olduğu Masallı Ziyalılar Cəmiyyətinin sədri Məmmədağa Eynullayevə arxa çevirəndə necə dönük olduğu üzə çıxdı. Dövlət qulluğunda iş təcrübəsinə malik, eləcə də Masallı rayon İcra Hakimiyyətində məsul vəzifələrdə (təlimatçı, hüquq şöbəsinin müdiri) işləmiş M.Eynullayev rayonda baş alıb gedən haqsızlıqlara qarşı mübarizə aparırdı. Qoşqar Hətəmov və başqaları M.Eynullayevi demaqoqluqda suçlayaraq yuxarı instansiyalara elə onun özündən donos yazmağa başladılar.
Masallı Rayon Təhsil Şöbəsinin (RTŞ) baş metodisti Qoşqar Hətəmov struktur dəyişikliyi aparıldığı 2022-ci ildən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektoru üzrə aparıcı məsləhətçi vəzifəsində işləyib. 2022-ci ilin may ayında Masallı rayonu üzrə sektor müdiri (Masallı RTŞ-nin sabiq müdiri) Tariyel Əkbərov istefa verəndən sonra avqust ayında həmin vəzifənin icraçısı yerinə Qoşqar Hətəmov irəli çəkildi.
Redaksiyamnıza daxil olan məlumatlara görə, Qoşqar Hətəmov Masallı Təhsil sektoruna rəhbərlik etməyə başlayandan sonra rayonun təhsil işçilərinə qarşı sözün həqiqi mənasında soyğunçuluq siyasəti aparır. Qeyd olunur ki, o, hələ Masallı rayon təhsil şöbəsində baş məsləhətçi işlədiyi vaxtlardan alveri öyrənib: “Hər ay direktorlardan 80 - 100 manat alan məsləhətçi indi də sektor müdirini əvəz edir. Rəhbər vəzifəni icra etməyə başlayandan məktəb direktorlarını özü təhrik edib, işə texniki işcilər götüzdürub, pulunu alıb. Məlumata görə, sektor müdiri işə götürtdüyü şəxslərdən 3500 - 4000 manat civarında rüşvət alır, “dişı batan” məktəblərə yerləšdirir və onlara “adınız gedəcək, özünüz evdə oturun, mən yola verdirəcəm. Regional İdarədə güclü havadarım var, sənə arxa-dayaq duracam” - deyir. Məktəb direktoru vəzifələrinin həvalə olunmasını 5000 manata reallaşdırır. Məktəblərdə direktor müavini, laborant vəzifələri də Q.Hətəmovun piştaxtasındadır. Masallıda nə qədər Evdə Təhsil məktəbləri var, hamısının direktorlarının rəsmi və qeyri-rəsmi qazancına Qoşqar Hətəmov şərik olub, fərdi təhsil alan uşaqların sayına görə saat hesabı “racon” kəsib. Sektor müdiri olduğu vaxtda, Lənkəran - Astara Regional Elm və Təhsil İdarəsinin əməkdaşları bir çox məktəblərdə yoxlama aparıb və bir çox məktəblərdə ciddi nöqsanlar tapılıb. Həmən məktəb dırektorları haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2,179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri (Maliyyə Nazirliyinin məktəblərdə apardığı yoxlamaların nəticəsi və vətəndaşlardan işə götürmək adı ilə aldadaraq külli miqdarda pul alınması) ilə cinayət işləri acılıb, bir neçəsinin də işi prokurorluqdadır, istintaq gedir. Qoşqar Hətəmovun çirkin əməlləri bununla da bitmir. Məktəblərə lazımlı, pula satıla bilən hər bir şeyi mənimsəyir, gizli yollarla onları dükanlara satdırir. Məktəblərdə kompyüter qalmayıb, hamısını satdırıb. Q.Hətəmov bir-birini vəzifədə əvəzləyən direktorlar arasında təhvil-təslim aktı tərtib olunanda bu kəsirləri, çatışmayan inventar və avadanlıqları Regional İdarədən gizlədir.
Qoşqar Hətəmova 1 illik sınaq müdəti verilib o, bilir ki, onu Təhsil sektoruna rəhbər təyin etməyəcəklər. Çünki rüşvətxorluğuna və təhsil adamı olmadığına görə Masallı ziyalılarının nifrətini qazanıb. Odur ki, vaxtdan “səmərəli” istifadə edib mümkün qədər çox pul toplamağa çalışır. Üzümüzü aidiyyati qurumlara tutub xahiş edirik ki, Qoşqar Hətəmovun əldə etdiyi çirkli pulların və əlaqələrinin hesabına Masallı Təhsil sektorunun müdiri vəzifəsinə təsdiqlənməsinə imkan verilməsin, Masallı ziyalılarının, təhsil ictimaiyyətinin canı bu alverçidən qurtarsın”.

Tehsil-press.az
İnformasiya Agentliyi






Oxşar xəbərlər