Avropa Azərbaycan Məktəbinin direktoru BSU tələbələri üçün təlim keçib

Avropa Azərbaycan Məktəbinin direktoru BSU tələbələri üçün təlim keçib Bakı Slavyan Universitetinin (BSU) “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi çərçivəsində Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankinin növbəti təlimi reallaşıb.
Təlim “Beynəlxalq məktəb mədəniyyəti”, “Təlim prosesinə rəhbərlik” və “Akademik dürüstlük siyasəti” mövzularını əhatə edib. Təlimdə beynəlxalq məktəb mədəniyyətinin formalaşmasında əsas olan amillərdən bəhs edilib, eləcə də təlim prosesinə rəhbərlik və akademik dürüstlük siyasəti ilə bağlı ətraflı məlumat verilib.
Keyfiyyətli tədris üçün dil biliklərinin inkişaf etdirilməsinin vacibliyindən söz açan Françesko Bankini dil müxtəlifliyinin ayrı-ayrı mədəniyyətləri, fərqli tədris üsullarını öyrənmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Təlim interaktiv şəkildə müzakirələrlə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər