
M.Mərdanov mərhum alim haqqında bunları yazıb: “Əliyev Bəhram Əli oğlu, diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, 22 may 1952-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuş, 1969-cu ildə Ağtəhlə kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə həmin institutun riyaziyyat fakültəsini bitirmiş, 1973-1974-cü illərdə Ağtəhlə kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir.
1975-1976-cı illərdə Sovet Ordusu sıralarında xidmət edib, 1977-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda qiyabi aspirantura təhsili alıb. 27.10.1982-ci il tarixdə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda, professor Sasun Yakubovun rəhbərliyi ilə «Разрешимость дифференциально-операторных уравнений гиперболического и эллиптического типов и их применение к дифференциальным уравнениям в частных производных (01.01.02)» mövzusunda namizədlik, 17.05.2013-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda «Разрешимость краевых задач для дифференциально-операторных уравнений эллиптического типа и их некоторые спектральные свойства (1211.01)» mövzusunda riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyəti Azərbaycan Dövlət Pedaqoji Universiteti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə bağlıdır. 1990-cı ildən 2016-cı ilə qədər ADPU-nun Riyazi analiz kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləmişdir. 2016-cı ildən indiyədək həmin kafedranın müdiri vəzifəsində çalışır. Bəhram Əliyev 2018-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyazi analiz” kafedrasının professorudur. Eyni zamanda 2006-cı ildən indiyədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışır.
Professor Bəhram Əliyev 70-dən artıq elmi əsərin, 4 dərs vəsaitinin müəllifidir. Rəhbərliyi ilə bir nəfər doktorant riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir”.
Allah rəhmət eləsin!
Tehsil-press.az