Emin Ağalarov haradadır? - "Yazırlar ki, Rusiyadan..."

Emin Ağalarov haradadır? - Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.

Xalq artisti Emin Ağalarov hadisədən sonra Rusiyadan qaçması ilə bağlı yayılan xəbərlərə reaksiya verib. O bildirib ki, hazırda Moskvadadır və hər gün faciənin baş verdiyi yerə yollanır:

"Rusiyadan qaçdığımı yazanlar üçün: Moskvadayam, hətta ötən gün faciə olan yerdə idim. Saxta xəbərlərə inanmayın. Kim və hansı səbəblə saxta xəbərlər yayır?".

Qeyd edək ki, Moskvada "Crocus City Hall"da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.

Emin Ağalarov haradadır? - "Yazırlar ki, Rusiyadan..."


Tehsil-press.az

Oxşar xəbərlər