Bakıda gənc oğlanı avtobus vurub

Bakıda gənc oğlanı avtobus vurub Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hadisə metronun Koroğlu stansiyasının yaxınlığında qeydə alınıb.

2004-cü il təvəllüdlü Əliyev Taleh Mustafa oğlu yolu keçərkən onu sərnişin avtobusu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər