Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılan yaralılardan ikisi evə buraxılıb. Digər yaralı Fatma Şərifova isə paytaxt xəstəxanalarından birinə təxliyə olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:43

İmişli-Biləsuvar avtomobil yolunda baş verən yol-nəqliyyat qəzası nəticəsində xəsarət alanların sayı artıb.

Qəzada xəsarət alan daha bir nəfər - 1976-cı il təvəllüdlü Sənan Vəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bununla da avtoqəza nəticəsində xəsarət alanların sayı 4-ə çatıb.

Qeyd edək ki, hadisə bu gün İmişli-Biləsuvar avtomobil yolunda qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində iki nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər