Növbəti tədris ilinə qədər universitetlərin təhsil haqları ENDİRİLİR? - AÇIQLAMA

Növbəti tədris ilinə qədər universitetlərin təhsil haqları ENDİRİLİR? - AÇIQLAMA Son illərdə artan qiymətlərdən ən çox təsirlənənlər universitetlərdə təhsil alan tələbələrdir. Tələbələr onsuzda artan kirayə qiymətləri baxımından əziyyət çəkirlər. Belə olan təqdirdə universitetlərin təhsil haqlarının qiymətini artırması ciddi problemlərə səbəb olur. Hər il demək olar ki, bir çox tələbə təhsil haqqını qarşılaya bilmədiyi üçün universitetdən kənarlaşdırılır. Artıq sosial şəbəkələrdə tələbələrin təhsil haqlarının ödənilməsinə yardım məqsədilə kampaniyalar aparılır.

Universitetlərə qəbul prosesi həayata keçirilir. Növbəti tədris ilinə qədər universitetlərdə təhsil haqlarının aşağı salınması gözləniləndir? Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları reallığı əks etdirmir. Təhsil haqları müəyyənləşərkən onların bir mütəxəssisi hazırlamaq üçün çəkdikləri xərc hesablanır:

"Azərbaycanda keçirilən işə qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, ali təhsil müəssisələri aldıqları xidmət haqqı müqabilində keyfiyyətli təhsil verə bilmirlər. Bu gün bir sıra ali təhsil müəssisələri ölkədəki cüzi inflyasiyadan, qiymət artımından sui-istifadə edirlər. Bu günləri ali təhsil müəssisələrinin təhsil haqlarını artırmaq üçün heç bir real şərait yoxdur. Çünki, heç bir ali təhsil müəssisəsi yeni kampuslar tikməyib. O cümlədən yeni korpus tikilməyib və laboratoriyalar istifadəyə verilməyib. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları müəyyənləşəndə ciddi tədqiqat aparmır. Ümumi bir amil olaraq təhsil haqlarında artımlar müşahidə edirik. Bunun nəticəsidir ki, Azərbaycanda təkcə 2023-cü ildə 8 min nəfərdən çox şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsildən kənarlaşdırılıb. Azərbaycanda ali təhsilin əlçatanlığın təmin olunması həyata keçirib. Ölkə prezidenti tərəfindən ali təhsil müəssisələrinə qəbul və plan yerləri artırılıb".

Ekspertin sözlərinə görə, bu il 28 mindən çox pulsuz yerlər olacaq. Eyni zamanda müəyyən sosial statusli insanlar var ki, onlar ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olsalar da onların təhsil haqlarını dövlət ödəyir:

"Bu gün Azərbaycanda ali təhsilə əlçatanlıq təmin olunur. Hər il 28 min nəfər pulsuz, dövlət sifarişli ixtisaslara qəbul oluna bilir. Bu rəqəmlər kifayət qədər böyükdür. Amma digər kateqoriyalardan olan insanlar var ki, onlar ödənişli əsaslarla oxuyurlar. Bunlarda kifayət qədər yuxarı məbləğlərdir. Məsələn : Türkiyə və Gürcüstan universitetləri ilə müqayisədə görürük ki, Azərbaycanda təhsil haqları onlardan daha yuxarıdır. Amma keyfiyyət biz də daha aşağıdır. Məsələn Türkiyənin ən reytinqli dövlət universitetlərində təhsil haqqı Azərbaycan pulu ilə 1300 manatdır. Heç 1500 manata olan təhsil haqqı yoxdur. Tibb ixtisasını dövlət universitetləri ilə müqayisə aparsaq Azərbaycanda daha çoxdur. Bütün ixtisaslar üzrə Azərbaycanın ali təhsil müəssisələrinin təhsil haqları Türkiyənin dövlət universitetlərindən çox bahadır. Bizim bölgə universitetimizin təhsil haqqı çoxdur. Keyfiyyət təbii ki, dəfələrlə aşağıdır. Bunu müəllimlərin işə qəbulu, dövlət qulluğuna və digər iş yerlərinə keçirilən qəbul imtahanlarınin nəticələri göstərir ki, Azərbaycanda ali təhsil müəssisələrinin məzunları müasir dövrün bilik və bacarıqlarına cavab vermir".

Kamran Əsədov vurğulayıb ki, təhsil haqlarının aşağı salınması ilə bağlı ciddi addımlar atılmalıdır:

"Birincisi biz dövlət sifarişli plan yerlərinin sayını daha çoxaltmalıyıq. Hətta istənilən bal ilə insanlar ali təhsil müəssisələrinə "burs" ala bilməlidir. Digər tərəfdən ali təhsil müəssisələrinə müəyyən vergi, sığorta və kommunal güzəştlər edilməlidir. Belə tədbirlər ilə universitetlərin xərcləri azaldılmalıdır. Universitetlər şəffaf maliyyə hesabatı qoya bilmirlər. Bu gün universitetlərin ortaya açıb qoyduqları maliyyə hesabatları reallığı əks etdirmir. Biz baxsaq, Azərbaycanda 51 təhsil müəssisələrindən heç biri maliyyə hesabatı vermir. Ona görə də müəyyən kommunal güzəştlər etmək lazımdır ki, onların xərcləri azalsın. Bunun ardınca, təhsil haqlarının azalmasını müşahidə edə bilərik. Yəni xərclərin azalması, təhsil haqlarının azalmasına təsir göstərəcək. Bu gün ölkədə çox az sayda ali təhsilli insanlar var. Cəmi ölkə vətəndaşlarının 17 faizi ali təhsillidir. Bu baxımdan universitetlərə müvafiq istiqamətlərdə güzəştlər edilməlidir".

Tehsil-press.az

Oxşar xəbərlər