Yanğına müdaxilə etmək üçün Sahil Polis qrupları sövq edilib. “KEGM-4” sürətli xilasetmə qayığı, “Xilasetmə 7” və “Şark” yedək gəmiləri gəmiyə yönəldilib.
Yanğın qrupların müdaxiləsi ilə nəzarətə götürülüb.
Onu da qeyd edək ki, 17 personal və 8 tərsanə işçisinin çalışdığı gəmidə baş verən yanğında maşın otağında sıxılmış vəziyyətdə qalan fəhlələr Hüseyn Aydemir və Gökhan Kan həyatını itirib.
Prokurorluq məsələ ilə bağlı araşdırma başladıb.
Tehsil-press.az